Lənkəran ŞİH başçısı yanında payız-qış mövsümünə hazırlıqla bağlı aparat müşavirəsi keçirilib
350 min manatı şəxsi məqsədləri üçün xərcləyib - “Azərişıq” ASC-nin adı MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Fatma Yıldırım:Bakı İqlim Həftəsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunun davamıdır
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
Putin Trampı təbrik etdi
Rusiya Prezidenti Vladimir Putin Donald Trampı ABŞ Prezidenti vəzifəsinə başlaması münasibətilə təbrik edib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Putin bu barədə Təhlükəsizlik Şurasının iclasında bildirib.
Putin Trampın və onun komandasına daxil olan şəxslərin bəyanatlarından onların Rusiya ilə birbaşa əlaqələrin bərpa olunması arzusunu gördüklərini deyib.
“Həmçinin, Trampın üçüncü dünya müharibəsinin başlanmasına imkan verməmək üçün hər şeyi etməyə hazır olması barədə bəyanatını eşitdik. Sözsüz ki, biz bu mövqeni alqışlayırıq”, - deyə o vurğulayıb.
Putin onu da əlavə edib ki, ABŞ və Rusiya arasında dialoq iki ölkənin mühüm rolu nəzərə alınaraq, bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında qurulmalıdır.
Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın bu gün andiçmə mərasimi keçiriləcək.























































