Qanunun keşiyində şərəflə dayanan rəhbər – Mehdiabad Polis Bölməsinin rəisi Ceyhun Qasımov
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: "Azərbaycan Polisi dövlətimizin və xalqımızın etibarlı dayağıdır"
Hikmət Hacıyevə açıq müraciət: 31 il dövlətə, Qarabağa və həqiqətlərə xidmət edən qələmin kölgədə qalan haqqı...
77 Abdullauşağı sakininin Prezidentə harayı: "Doğma yurda qayıdış arzumuza kölgə salınmasın”
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - Fotolar
Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 35-ci ildönümü dərin ehtiramla yad edilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar Xırdalan səhərində Şəhidlər Abidəsini ziyarət edərək şəhidlərimizin xatirələrini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində davam edən anım tədbirində Ümummilli Liderin və vətənimizin azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni oxunub.
Tədbirdə çıxış edən Abşeron RİH başçısınün müavini Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, “20 Yanvar” Cəmiyyətinin Abşeron Rayon şöbəsinin sədri Eyşan İsgəndərov, Rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi şəhidi Vidadi Zalovun atası Nizami Zalov və digərləri bildiriblər ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq mücadiləsi idi.
Bildirilib ki, faciədən dərhal sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasi iradə nümunəsi göstərib, 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib, cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını yol verilmiş kobud siyasi səhv kimi ifşa edib. Ulu Öndər sonrakı fəaliyyəti dönəmində də 20 Yanvar həqiqətlərinə hüquqi qiymət verilməsi istiqamətində də çox mühüm addımlar atıb. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul edilib. 1994-cü ilin mart ayının 29-da Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edib, 1998-ci ildə isə “20 Yanvar Şəhidi” fəxri adı təsis olunub. Məhz Ümummilli Liderin sayəsində 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarlar üzə çıxıb.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlət başçısının təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb.























































