Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
Dr. Aslan Məmmədov: ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN DÜNYAYA GÜCÜNÜ VƏ QƏTİYYƏTİNİ SÜBUT ETDİYİ TARİX!
İş adamı Tofiq İsayev: 8 NOYABR – AZƏRBAYCANIN GƏLƏCƏYƏ QALİB XALQ KİMİ ADDIMLADIĞI TARİXİ GÜN!
Elvin Həsənzadə: BU TORPAQLARIN HƏR QARIŞINDA BİR QƏHRƏMANLIQ HEKAYƏSİ VAR – 8 NOYABR ZƏFƏR GÜNÜ!
Dövlət Su Ehtiyatları Agentliyində maaş kartları ilə bağlı şok iddialar: İdarə rəislərinə ikinci kartla 5 min manatdan artıq pul ödənilir?
“AzərEnerji”də şəhidlərin xatirəsi yad edildi - Foto
“AzərEnerji” ASC-də “20 Yanvar - Azərbaycan tarixinin qürur səhifəsidir” mövzusunda tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə şəhidlərin ruhuna ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükütdan sonra 20 Yanvar faciəsinin 35 illiyi ilə bağlı hazırlanan filmin nümayişi olunub.
Daha sonra mövzu ilə bağlı çıxışlar edilib. Bildirilib ki, Azərbaycan xalqının həyatında və yaddaşında dərin iz qoyan, onun sonrakı taleyinə bilavasitə təsir edən hadisələr sırasında 1990-cı ilin 20 Yanvar hadisələrinin özünəməxsus yeri var. 20 Yanvar faciəsi çoxsaylı insan təlafatı ilə nəticələnsə də, Azərbaycanın müstəqilliyi tarixinə qanla yazılan şərəfli tarixdir.
Onu da qeyd edək ki, “AzərEnerji” ASC-də çalışan və müxtəlif dövürlərdə şəhid olanların ailələrinə birdəfəlik maddi yardım verilib.
Tədbir bitdikdən sonra “AzərEnerji” ASC-nin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş vətən övladlarının müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb.























































