İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Sevginin faydaları…
Sevgi insanı insanı, heyvana və ya hər hansı canlıya, eləcə də obyektə bağlayan ən səmimi hissdir. Bu səbəbdən insanları həyata bağlayan əsas duyğu kimi tanınır.
“Qafqazinfo” xəbər verir ki, sevgi gün boyu xoşbəxtlik yayaraq daha sağlam həyat sürməyə imkan verir.
Sevgi ailə üzvlərinə, sevgiliyə, həyat yoldaşına, övlada, dostlara, heyvanlara, bitkilərə və s. şeylərə qarşı hiss edilir.
Hisslər həyatı anlamağımıza kömək edir. Buna görə sağlam və xoşbəxt həyat yaşamaq üçün son dərəcə vacibdir.
Sevgi insanların həyatına rəhbərlik edən duyğulardan biridir. Sevginin bədənə təsiri saysız-hesabsızdır.
Araşdırmalara görə, sevgi insanların daha az infeksiyaya tutulmasına kömək edir. Bundan əlavə, sevgi ilə gələn sakitlik, əmin-amanlıq və hüzur da təzyiqi aşağı salır. Bu da infarkt və stress riskini azaldır.

Duyğular davranışa böyük təsir göstərir. Qəzəbli anlarımız, sakit hallarımız bir-birindən çox fərqlidir. Sevgi insanlara daha sakit və daha təmkinli olmağa yardımçı olur. Bu səbəbdən duyğuların bədənə təsiri danılmaz bir həqiqətdir.
Sevginin faydaları ilk növbədə ürəyin və psixologiyanın yaxşılaşmasına müsbət təsiridir. Sevgi və məhəbbət kimi güclü, saf duyğular sizi gün boyu rahat və xoşbəxt hiss etdirdiyi üçün ürəyə də faydalıdır.
Sevgi:
Qan təzyiqini aşağı salır.
Damarları qoruyur.
Yuxu keyfiyyətini yaxşılaşdırır.
Stress hormonunu azaldır.
Şəkər və xolesterin dəyərlərini tarazlaşdırır.
İnfarkt riskini azaldır.

Sadalanan faydalardan daha çoxunu təmin edən sevgi və məhəbbət həyatın rahat, eləcə də xoşbəxt olmasına imkan verir.
Sevgi yaratdığı duyğu sayəsində bir çox hadisələri müsbət görməyə kömək edir. Özümüzü rahat hiss etdiyimiz zaman günün stres və xaosunu daha az düşünürük.
Ev heyvanlarına göstərilən sevgi də gündəlik stressi azaltmağa kömək edir, çünki onlar uşaqların və böyüklərin həyatında dostluq edirlər. Heyvanlar heç bir qarşılıq gözləmədən sevgi bəxş etdikləri üçün insanların həyatına müsbət təsir edir. Ev heyvanları ilə yaşamaq həm də ürəyə faydalıdır, çünki onlar gərgin keçən günün sonunda bütün stressi aradan qaldırmağa kömək edir.























































