Menu
Xəbər Lenti
Bu yollarda tıxac var
2-11-2026, 10:05

Bu yollarda tıxac var

Şəhid atası vəfat etdi
2-11-2026, 09:55

Şəhid atası vəfat etdi

15 Yanvar 2025 06:25Manşet / Dünya

“Lukoil”in rəhbəri dəyişdi

 

“Lukoil” neft şirkəti baş direktorunu dəyişmək qərarına gəlib.

“Qafqazinfo” “RBC Rusiya”ya istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Qərar direktorlar şurasının iclasında qəbul edilib. Şura Vadim Vorobyovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verib.

Yeni baş direktor “Lukoil”da Rusiyada neft və qaz hasilatı üzrə vitse-prezident vəzifəsini tutmuş Sergey Koçkurovdur.

Xatırladaq ki, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovdan sonra şirkətə 2022-ci ildən Vadim Vorobyov rəhbərlik edirdi.

Onu da əlavə edək ki, yanvarın 10-da ABŞ Rusiya neft şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Şirkətin təsisçisi Vahid Ələkbərovun oğlu Yusifə də məhdudiyyətlər qoyulub.