Xəbər Lenti
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
28-10-2026, 14:58
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
28-10-2026, 09:38
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
27-10-2026, 09:44
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
26-10-2026, 14:29
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26-10-2026, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar: sağ qalan sərnişin ilk dəfə açıqladı
"Həmişə deyirdilər, Allah qoruyanı od da yandırmır. Mən bu dəfə gözümlə gördüm ki, Allah qorudu, od da yandırmadı”.
Bunu "Report”a videomüsahibəsində Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası nəticəsində sağ çıxan Nurullah Siracov deyib.
N.Siracov deyir ki, qəza zamanı heç huşunu itirməyib, hər şeyə şahidlik edib:
"Yoldaşımla birlikdə Qroznıda yaşayan oğlumuzun yanına gedirdik. Təyyarə dronla vurulanda ayağım od tutub yandı, elə bildim deşildi. Yoldaşım dedi ki, bu nədir belə? Onu sakitləşdirmək üçün təyyarənin təkərlərinin yerinə oturduğunu söylədim. Amma özüm narahat oldum. Təhlükəsizlik kəmərimi açıb ayağımın altına baxdım ki, heç nə yoxdur, təyyarənin döşəməsi də olduğu kimidir. Yenidən söykənib oturmuşdum ki, bu dəfə təyyarə daha pis səslə arxadan vuruldu. Bələdçilər sərnişinləri sakitləşdirməyə çalışdı və deyildi ki, Qroznıya eniş edirik. Təyyarə yərə eniş etdi gördüm ki, artıq çatırıq, pəncərədən baxıb hava limanını da, zolaqlarını da, hava limanın binasını, təyyarələri gördüm. Təsəvvür edin, 10 mərtəbəli binadan aşağı baxırsınız. O qədər yerə yaxın idik. Yoldaşıma da dedim ki, daha arxayın ol, çatdıq”.
Onun sözlərinə görə, elə o anda təyyarə yenidən göyə qalxıb:
"İnanın, elə sürətlə qalxdıq ki, mən deyərdim təyyarə göyün yeddinci qatına çıxdı. Bələdçi bu anda elan etdi ki, yumşaq nə varsa qatlayıb, alnınızı oturacağa dirəyin, gözlərinizi yumun. Mənim də üstümdə qalın gödəkçə var idi, qatlayaraq verdim yoldaşıma, dedim, təlimata uyğun çatana qədər hərəkət etmə. Qorxmaq ağlıma belə gəlmirdi, fikrim ancaq yoldaşımda idi. Bir də onda gördüm ki, necə dəhşətli zərbə və səslə yerə dəydik. Dedim yəqin parça-parça olduq. Təbii ki, bunu öz-özümə deyirdim”.
Daha ətraflı videomüsahibədə:























































