Xəbər Lenti
Dünən, 18:59
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
Dünən, 18:05
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Dünən, 11:30
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Dünən, 11:22
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Dünən, 11:05
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Dünən, 10:50
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Dünən, 10:38
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
Dünən, 10:00
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Dünən, 09:15
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Dünən, 09:00
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
9-05-2026, 20:54
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
9-05-2026, 19:31
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
9-05-2026, 18:54
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
9-05-2026, 18:49
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
9-05-2026, 18:44
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
9-05-2026, 18:29
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
9-05-2026, 17:50
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
9-05-2026, 15:36
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
9-05-2026, 14:55
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
9-05-2026, 14:36
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
9-05-2026, 11:39
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
Məlum və naməlum Ter-Petrosyan...
Ötən həftənin sonunda birinci Ermənistan prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə "erməni ümummilli hərəkatının” hərbi qanadının döyüşçüləri-terrorçuları qarşısında etdiyi bir çıxışın video yazısı bizim media məkanını tamam zəbt etdi: hamı bir neçə gün bu haqda yazdı -danışdı və proses hələ də davam edir.
İnsanları başa düşmək olar: ermənilər və onların başabəla liderləri azərbaycanlılara və türklərə qarşı törətdikləri cinayətləri heç də həmişə etiraf etmirlər.
Amma bu video-yazısında onların birinci prezidenti açıq şəkildə Azərbaycanda və Ermənistanda yaşayan azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən danışır – bəli, bu, ən etibarlı və tutarlı sənəddir, çünki bütün bunları Ermənistanın o vaxtki lideri şəxsən özü etiraf edir və onun sözlərinin beynəlxalq hüquqi qiymətləndirilməsi nə vaxtsa veriləcək və biz buna çalışmalıyıq...
Etiraf edirik ki, Ter-Petrosyanın 90-cı illərdəki çıxışndan sonra, hansında ki o öz vətəndaşlarını Azərbaycanla sülhə çağırırdı və buna görə postundan istefa verməli oldu, bizim Azərbaycanda ona münasibət bir az dəyişmişdi.
Hamı hesab edirdi ki, Levon Ter-Petrosyan demək olar, ilk erməni lideri oldu ki, realist və praqmatik kimi hərəkət etməyə çalışdı.
Biz hələ də onun o məşhur yazısının Azərbaycanın siyasət və jurnalistika dairələrində hansı reozanans doğurduğunu yaxşı xatırlayırıq.
Amma daim qeyd edirdik ki, bütün hallarda, unutmaq lazım deyil: müvəqqəti olaraq itirdiyimiz ərazilərimizin hamısı Ter-Petrosyanın hakimiyyəti dövründə işğal olunmuşdu!
Unutmaq lazım deyil ki, o, "erməni milli-azadlıq hərəkatının” ən əsas liderlərindən olub və o vaxt müstəqilliyə can atan digər iki Cənubi Qafqaz ölkəsilə - Azərbaycan və Gürcüstanla birlik və həmrəylik nümayiş etdirməməyə görə birbaşa məsuliyyət daşıyır. Ondakı Pribaltika respublikalarının öz aralarında göstərdiyi həmrəyliyi və birliyi üç Cənubi Qafqaz respublikası da göstərə bilərdi!
Amma bunun əvəzində Levon və onun "milli hərəkatı” Azərbaycana qarşı qanlı müharibəyə başladı ki, Qarabağı ondan qoparsınlar! Əgər o vaxt üç Qafqaz respublikası arasında birlik və həmrəylik olsaydı, Ermənistan Kremlin tütəyinin havasına oynamasaydı, indi hər şey başqa cür olardı – bəlkə Baltik respublikaları kimi lap NATO üzvü olardıq, bütün hallarda, bu üç respublikanın hər biri daha azad və demokratik olardı, heç bir müharibə, etnik və ərazi münaqişələri olmazdı!
Xatırladaq ki, ötən əsrin əvvəllərində də belə olmuşdu. O vaxt da erməni siyasətçiləri bizim Respublikaçı Ataların təklif etdikləri çox müətəqqi ideyaya - Qafqaz Evi təklifinə dəstək verməmiş, Azərbaycana və azərbaycanlılara qarşı özlərinin məkrli siyasətlərini davam etdirmişdilər!
Hətta indinin özündə də Ermənistanla həm də ona görə sülh bağlaya bilmirik ki, onun "qanunvericiliyində”, əsas "hüquqi aktlar”ında Azərbaycana və Türkiyəyə qarşı birbaşa ərazi iddiaları var. Axı həmin maddələr ora salınarkən Ermənistanın lideri və rəhbəri Ter-Petrosyan idi və o özü bu prosesdə bilvasitə iştirak etmişdi!
Ermənistanla danışıqlarda iştirak edən bizim bəzi diplomatlarımız belə bir detalı xatırlayırdılar: ”Biz bir dəfə Levona dedik ki, Dağlıq Qarabağa Tatarstanın malik olduğu statusu verməyə hazırıq. O, bizə inanmadı və soruşdu ki, doğrudanmı bunu edərsiniz? Biz təklifimizin ciddi olduğunu bir daha təsdiqlədik, amma Kremldə Levonun qulağına nə pıçıldadılarsa, o yenə də Dağlıq Qarabağın tam müstəqilliyindən danışmağa başladı...”
Bəli, sonda o, deyəsən, səhv etdiyini anladı, hətta onu özünəməxsus şəkildə düzəltməyə çalışdı, amma gec idi və Levon özünün də müəllifi olduğu siyasi avantüranın qurbanı oldu: istefa verdi və Matenadarana "qədim erməni əlyazmaları” ilə məşğul olmağa yollandı...
İnsaf naminə deyək ki, hazırda jurnalist Nikol Paşinyan guya nəinki keşmiş komsomol katibləri, sonrakı hərbi cəlladlar, xuntaçılar – Koçaryanın və Sarqsyanın, hətta şərqşünas, ermənişünas, hətta hazırda elmlər doktoru olan Ter-Petrosyanın da səhvlərini düzəltməyə çalışır, baxmayaraq ki, o, da bunu ürəksiz, istəmədən, qeyri-ardıcıl şəkildə, nala mıxa vuraraq edir. Bəlkə də ona görə ki, öz dərisindən qorxur!
Amma bu, bir faktdır ki, məhz ter-petrosyanlar, koçaryanlar və sarqsyanlar bir vaxt hər şeyi etdilər ki, Ermənistanın Azərbaycan və Türkiyəylə barışığı alınmasın, üç ölkə arasında sülh bərqərar olmasın!
Məhz onlar ermənilərin başabəla ideoloqlarının "əməllərini”, "nəzəriyyələrini” davam etdirərək illərlə erməni xalqının beynini, şüurunu zəhərlədirlər. Guya indi Paşinyan bu insanların düşüncəsini dəyişməyə cəhdlər edir, amma hələ ki ciddi irəliləyiş etməyib bu xüsusda, çünki özü də vaxtilə belə "ideoloji aşınmaya”, təsirə məruz qalıb, lap böyük Ziqmund Freyd demişkən: insanın davarnışı uşaqlıq vaxtı topladığı təcrübədən asılı olur...
Hətta özünün 90-cı illərdəki sülh çağırışını Azərbaycana və azərbaycanlılara məhəbbətindən etməmişdi. Bunun da səbəbləri vardı.
Birincisi, Qarabağ hərbi–siyasi teatrında o vaxtki şərait ermənilərin xeyrinə idi, çünki onlar nəinki Dağlıq Qarabağı və hətta ətraf rayonları da işğal etmişdilər və danışıqlarda bundan Azərbaycana qarşı əlavə təzyiq elementi kimi istifadə edirdilər. Levon başa düşürdü ki, əbədi belə qalmayacaq və ermənilər gec-tez bu üstünlükdən məhrum olacaqlar...
İkincisi, o vaxt Bakı Dağlıq Qarabağa dünyada təsadüf olunan ən yüksək muxtariyyət statusunu verməyə məcbur idi və Ter-Petrosyan anlamışdı ki, bu fürsəti əldən vermək olmaz, çünki bu da əbədi olmaycaq, belə ki, Azərbaycan gec-tez özünün güclü ordusunu yaradacaq, sosial-iqtisadi böhrandan çıxacaq və regionun ən güclü dövləti olacaq və üstəlik, Rusiya ilə də dil tapacaq, çünki heç sonuncu da özünün Cənubi Qafqaz siyasətini bütünlüklə Ermənistanın və ermənilərin maraqlarına tabe etmək istəmir...
Həm də Azərbaycanın tərəfində Türkiyə kimi güclü geosiyasi faktor vardı, hansı ki, həm Rusiyaya, həm də Qərbə təzyiq etmək gücündədir və Ter-Petrosyan anlayırdı gec-tez Azərbaycanın bu resursu da özünü göstərəcək!
Bir sözlə, Ter-Petrosyan da qatı erməni millətçisidir və bunu son video-yazı da bir daha göstərdi. Onun digər erməni cəlladlarından fərqi yalnız onda da idi ki, daha savadlı və hiyləgər idi. Belədə isə, Ter-Petrosyan da Azərbaycana və azərbaycanlılara qarşı bütün cinayətlərin iştirakçısı, bəzi hallarda isə hətta rəhbəri və ideoloqu olmuşdu...
Huseynbala Səlimov























































