Xəbər Lenti
9-09-2026, 20:11
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
9-09-2026, 19:41
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
9-09-2026, 10:23
“Volvo” dünyanın ən etibarlı avtomobil markaları sırasındadır - Mükəmməllik standartı
Bayden adları qarışdırdığını etiraf edib
ABŞ Prezidenti Co Bayden çıxışları zamanı tez-tez səhvlərə yol verdiyini, bəzən isə adları qarışdırdığını etiraf edib.
“Qafqazinfo” xəbər verir ki, ABŞ lideri bu barədə Miçiqan ştatında keçirilən mitinq zamanı danışıb.
O, bununla belə, seçkilərdən geri çəkilməyəcəyini xatırladıb: “Debatdan sonra medianın məni tənqid atəşinə tutduğunu görürsünüz. Mən çox səhvlərə yol verirəm. Bəzən adları qarışdırıram deyə məni sərt tənqid etdilər”.
Bayden, həmçinin qeyd edib ki, media onun seçkilərdəki əsas rəqibi Donald Trampın analoji səhvlərinə eyni dərəcədə diqqət yetirmirlər.
Xatırladaq ki, Bayden ictimaiyyət qarşısında çıxışları zamanı tez-tez şəxslərin adlarını qarışdırır, sözləri unudur. O, ən son Vaşinqtonda NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenskini səhnəyə dəvət edərkən onu səhvən “Prezident Putin” kimi təqdim edib.























































