Xəbər Lenti
Bugün, 12:24
Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Dünən, 17:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
18-06-2026, 18:48
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 16:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
18-06-2026, 14:46
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
17-06-2026, 17:48
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
17-06-2026, 15:00
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
17-06-2026, 14:00
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
17-06-2026, 13:59
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
17-06-2026, 13:38
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
"İlham Əliyev dünyaya bu mesajları verdi" - Deputat
"Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində həm ölkə həyatının mühüm məsələlərinə, həm də beynəlxalq siyasətlə bağlı məsələlərə diqqət ayırdı və bu zaman strateji əhəmiyyətli fikirlər səsləndirdi".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan Prezidenti İlham Əliyevin ölkə televiziyalarına müsahibəsində verdiyi mühüm mesajları şərh edərkən deyib:
"Yəqin ki, bu fikirlər hələ uzun müddət beynəlxalq arenada, xüsusən Ermənistan və Fransada ciddi müzakirə predmetinə çevriləcək. İlham Əliyev ölkə həyatı ilə bağlı qeyd etdi ki, Azərbaycanın dayanıqlı iqtisadi inkişafı təmin edilib. 2024-cü ildə ölkənin ÜDM-də 4 faizdən artıq artım var. Qeyri-neft sektorunda bu artım 6 faizdən çoxdur. Prezident onu da qeyd etdi ki, Azərbaycanın strateji valyuta ehtiyatları 72 milyard dollara çatıb. 21 il bundan öncə isə ölkəmizin strateji valyuta ehtiyatları cəmi 1,6 milyard dollar olub. Bu faktın özü göstərir ki, Azərbaycanın potensialı çox böyükdür. Prezident bildirdi ki, xarici borcumuz 5,2 milyard dollardır. Bu isə ÜDM-nin 7,2 faizini təşkil edir. Azərbaycanın strateji valyuta ehtiyatları isə xarici borcdan 14 dəfə çoxdur. Belə bir göstəriciyə dünya praktikasında rast gəlmək çətindir. Bu da ölkəmizin iqtisadi inkişafının mühüm göstəricisidir".

Deputat qeyd edir ki, Azərbaycanın iqtisadi gücü möhkəmləndikcə, onun dünya miqyasında siyasi mövqeyi də güclənir:
"İqtisadiyyatı inkişaf edən dövlət iqtisadi müstəqillik əldə edir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyi şərtləndirir. Deməli, iqtisadiyyatımız gücləndikcə ölkəmizin dünyada siyasi mövqeyi də güclənir. Bu kontekstdə Prezident qeyd etdi ki, Azərbaycan COP29 tədbirini yüksək səviyyədə keçirməklə bir daha öz potensialını ortaya qoydu. Bu fonda vurğuladı ki, Fransa prezidenti Makron ayrı-ayrı ölkə liderlərini COP29-u boykot etməyə çağırıb. Lakin onun niyyəti gözündə qaldı. Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır. Haqq, ədalət və əzilən xalqların hüquqlarını müdafiə edirik".
Elman Nəsirov Prezidentin çıxışına əsaslanaraq bildirdi ki, Ermənistan hökuməti ölkəsində hökm sürən faşist ideologiyasını məhv etməlidir:
"Prezident vurğuladı ki, Ermənistanda faşist ideologiyası bu gün də davam edir və belə bir davranış təkcə müxalifətin deyil, iqtidarın davranışlarında da özünü göstərir. Fransa başda olmaqla bir sıra ölkələr Ermənistanı sürətlə silahlandırır. Bu da region üçün ciddi təhlükə mənbəyidir. Bu kontekstdə Prezident sərt xəbərdarlıq edərək bildirdi ki, Ermənsitana silah-sursat verilməsi dayandırılmalıdır. İlham Əliyev vurğuladı ki, Azərbaycanın qətiyyəti və prinsipiallığı hər kəsə bəllidir. Sözümüzün arxasında konkret niyyətlərimiz var və qarşı tərəflər bundan nəticə çıxarmalıdır. Dövlət başçısı Zəngəzur dəhlizinə də toxunaraq, qeyd etdi ki, dəhliz açılmalıdır. O, Azərbaycanın sülh prosesinə sadiqliyini də vurğuladı. O cümlədən bildirdi ki, Ermənistanda hökm sürən faşist idelogiyası fonunda bunları etmək çətinləşir. Qeyd etdi ki, faşist ideologiyasını Ermənistan hakimiyyəti özü məhv etməlidir. Yada ki, bunu biz edəcəyik".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Bu müsahibəsində o, bir sıra ölkə daxili və beynəlxalq məsələlərə toxunaraq, mühüm mesajlar verib.
Rüfət Sultan





















































