İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Ananas yeyərək gözəlləşin
Vitamin və minerallarla zəngin olan ananas insan sağlamlığı üçün əhəmiyyətli meyvədir.
“Qafqazinfo” xəbər verir ki, ananasın əsas faydalarından biri də antioksidant xüsusiyyətlərə malik olmasıdır.
Bu meyvdə damarlarda qan laxtalanmasının və xolesterolun yığılmasının qarşısını alır və ürək xəstəlikləri riskini azaltmağa kömək edir.

Ananas antioksidan xüsusiyyətləri sayəsində sərbəst radikalların zədələnməsinin qarşısını alır, immunitet sistemini dəstəkləyir və hüceyrələri qoruyur. Bu, bədəni təkcə infeksiyalardan deyil, həm də xroniki xəstəliklərdən qorumağa kömək edir.
Ananas immunitet sistemini gücləndirən C vitamini ilə zəngindir. Bir porsiya ananas gündəlik C vitamini ehtiyacınızın çoxunu ödəyir. C vitamini immunitet hüceyrələrinin funksiyasını artıraraq orqanizmi infeksiyalara qarşı qoruyur. Soyuqdəymə və ya qrip kimi qış xəstəliklərinə qarşı orqanizmi gücləndirir.

Ananas manqanla zəngidir. Manqan sümük sıxlığının artırılmasında mühüm rol oynayır və osteoporoz kimi sümük xəstəlikləri riskini azaldır. Xüsusilə yaşlı insanlarda sümük sağlamlığını qorumağa kömək edir.
Böyümə çağında olan uşaqlarda və gənclərdə sağlam skelet quruluşunun inkişafını dəstəkləyir. Həmçinin dişlərin və diş ətinin sağlamlığını qoruyur.

Ananasın dəriyə müsbət təsirləri var, bu isə C vitamini və antioksidant tərkibi ilə bağlıdır. C vitamini kollagen istehsalını dəstəkləyir, dərinin elastikliyini artırır və erkən yaşlanma əlamətlərini gecikdirir.
Ananasın istehlakı və ananas maskası dəri ləkələrinin azalmasına və dərinin daha parlaq görünməsinə kömək edir.
Zəngin lif qaynağı olan ananas həzm sistemi üçün çox faydalıdır. Ananas tərkibindəki beta-karotenlə də göz sağlamlığı üçün xeyirlidir.

Aşağı kalorili meyvədir və yüksək lif tərkibi sayəsində toxluq hissini artıraraq çəkiyə nəzarət etməyə kömək edir.
Bundan başqa, saç tökülməsi problemi olan insanların istehlak etməsi tövsiyə olunur.
Müxtəlif xərçəng növlərinin qarşısını alan xüsusiyyətlərə malikdir. Ananas diabet üçün də faydalıdır və şəkəri balanslaşdırmağa kömək edir.
Xüsusilə ananas suyu orqanizmin toksinlərdən təmizlənməsinə və özünü yeniləməsinə kömək edir.























































