Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
6 milyonluq yeyinti edən Abşeron - Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə abdullayeva ilə bağlı ŞOK
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
Qəbirlər su altında, məsuliyyət isə havada – Abşeronda laqeydliyin acı Nəticəsi: Başçı Abdin Fərzəliyev HARADADIR? Bələdiyyə sədri niyə susur?
«Fərid Eyvazov klinikaya rəhbər təyin ediləndən günümüz göy əskiyə bükülüb…» - QALMAQAL
Haqq Ədalət Partiyası: İLHAM ƏLİYEVİN GÜRCÜSTANA SƏFƏRİ REGİONDA ƏMƏKDAŞLIĞA VƏ SABİTLİYƏ XİDMƏT EDİR
Aprelin 6-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirib
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Qrant layihəsi çərçivəsində şagirdlərin həyati bacarıqlarının inkişafına yönəlik təlimlər davam edir
Lerik rayonundan – Küsəkəran kəndindən baslanan, cəmiyyətə faydalı ömur yolu: Ataxan Əliyev
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ötən ilin son 4 ayı artım tendensiyası sərgiyələn ABŞ dolları cari ilin ilk həftəsində də bahalaşmaqda davam etdi. Belə ki, EURUSD, GBPUSD valyuta cütlükləri 1.0225 və 1.2350 səviyyələrinə qədər ucuzlaşdı, USDJPY, USDCHF məzənnələri isə bahalaşaraq müvafiq olaraq 157.820 və 0.9140 hədlərini test etdi. Qızılın qiyməti isə 2636$ həddinə kimi ucuzlaşdı.
Cari ticarət həftəsində isə bazar ertəsi Amerikada, Avozonada, Almaniyada və İngiltərədə açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, çərşənbə axşamı Avrozonada yayımlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ) və Amerikada Boş İş Yerləri və Vakansiyalar Hesabatı (JOLTS), çərşənbə günü FED-in Federal Açıq Bazar Komitəsinin son toplantısının dərc olunacaq protokolları, ən əsası isə, cümə günü Amerikada açıqlanacaq əmək bazarı, xüsusilə də “NFP” hesabatı birjaların diqqət mərkəzində olacaq.
EUR
Ötən həftə 1.0225 səviyyəsinə qədər kəskin ucuzlaşan EURUSD məzənnəsi hazırda 1.0315 səviyyəsində ticarət olunur.
Cari həftə ərzində Avrozonada və Almaniyada açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və İstehlak Qiymətləri İndeksi (CPİ) göstəriciləri avronun dünya birjalarındakı qiymətlərinə yön verə bilər.
“Ayılar” qiyməti 1.05$ həddinin altında qoruyub saxladığı müddətcə, eniş tendensiyası davam edə bilər.
GBP
Keçən həftəyə 1.2575 səviyyəsində başlayan GBPUSD məzənnəsi ucuzlaşaraq 1.2350 həddini test etdikdən sonra, buradan dəstək taparaq bir qədər bahalaşdı və həftəni 1.2425 səviyyəsində tamamladı.
Bu həftə isə İngiltərədə dərc olunacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Kompozit Biznes Aktivliyi İndeksi göstəriciləri birjalarda funt-sterlinqin qiymətlərinə yön verəcək.
GBPUSD məzənnəsində “ayılar” qiyməti 1.26$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.
XAUUSD
Son həftələrdə üfüqi dalğalanma sərgiləyən qızıl ötən həftə 2665$-a kimi bahalaşdı Daha sonra bu səviyyədə “ayılar”ın müqaviməti ilə üzləşən “sarı metal” 2640$-a kimi ucuzlaşdı. Hazırda da 2640$-dan təklif olunan qızılda mümkün eniş ssenarisində qarşıda duran əsas dəstək həddləri kimi, 2637$, 2616$ və 2600$ hədləri çıxış edir.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin
Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.























































