Xəbər Lenti
Dünən, 13:13
Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
20-09-2026, 15:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
20-09-2026, 15:45
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
20-09-2026, 11:54
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20-09-2026, 11:40
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
19-09-2026, 13:30
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
18-09-2026, 18:23
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
18-09-2026, 17:14
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
Qazın qiyməti bu tarixdən yeni tariflə hesablanacaq
"Azəriqaz" İstehsalat Birliyinin abonent uçotu sistemlərində (öncədən ödənişli və mexaniki sayğaclar) artıq yeni tariflərin tətbiqinə start verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azəriqaz”dan məlumat verilib. Bildirilib ki, proqram təminatında dəyişikliklər tam tətbiq olunanadək öncədən ödənişli sayğaclar üzrə 2 yanvar tarixindən alınan qazın dəyəri yeni tariflərlə hesablanaraq növbəti ödənişlərdə nəzərə alınacaq. Mexaniki sayğaclar üzrə göstəricilər 2025-ci ilin ilk oxunuşunda yeni tariflərə uyğun olaraq hesablanacaq.
Məlumata görə, istehlakçılar tərəfindən yeni tariflə hesablamalar barədə yaranacaq sual və ya şikayətlərə Birliyin Tarif Komissiyasında müvafiq qaydada baxılacaq.
Xatırladaq ki, Ölkəmizin təbii qaz təsərrüfatında rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması məqsədilə Tarif (qiymət) Şurası tərəfindən yeni tariflər müəyyənləşdirilib. Dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli istifadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kub metr təbii qazın tarifi dəyişdirilməyib.
Dəyişikliklərə əsasən əhali üzrə illik istehlak həcmi:
1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 12 qəpikdən 0,5 qəpik (4,2%) artırılaraq 12,5 qəpik;
1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 20 qəpikdən 2 qəpik (10%) artırılaraq 22 qəpik;
2500 kub metrdən çox olan hissə üçün 25 qəpikdən 5 qəpik artırılaraq (20%) 30 qəpik məbləğində təsdiqlənib.
Həmçinin 1 kub metr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7%) artırılıb. Tarif dəyişikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir:
48% abonent üzrə - 32 qəpik;
39% abonent üzrə - 1 manat 43 qəpik;
13% abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik.
Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılıb.
Eyni zamanda qeyd olunmalıdır ki, təbii qazın qaz paylayıcısına topdansatış qiyməti də 1 kub metr üçün 11,8 qəpikdən 13,5 qəpiyə, başqa sözlə 9,4% artırılıb.
Qeyri-əhali sektorunda təbii qaz tariflərində də dəyişikliklər edilib. Belə ki, sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələri üzrə 1 kub metr təbii qazın tarifi 16,5 qəpikdən 2 qəpik artırılaraq 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kub metr təbii qazın tarifi 2 qəpik (9%) artırılaraq 22 qəpikdən 24 qəpik həddində, digər sahələrdə (ticarət, iaşə və s.) isə 25 qəpikdən 3,5 qəpik (14%) artırılaraq 28,5 qəpik məbləğində müəyyənləşdirilib.
Qərar 02 yanvar 2025-ci il tarixdən qüvvəyə minir.























































