Xırdalanda gözəlliyin ünvanı – “Beauty Bar” gözəllik salonu ilə təpədən dırnağa baxım cəmi 30 Manata
Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova : Ulu Öndər Heydər Əliyevin xatirəsinə dərin hörmət və ehtiramı
Ulu Öndərin mənəvi irsinə sadiqlik – Məhərli Əvəzəlinin Heydər Əliyevə dərin ehtiramı
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
"Embawood" şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: Ulu Öndər – Azərbaycanı zamanın sınaqlarından keçirən böyük şəxsiyyət
Vüqar Babayevin peşəkarlığı və Anar Bağırovun vəkillik institutunun inkişafına töhfələri
Dərmanlar sığorta hesabına bu şərtlərlə veriləcək
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2025-ci ildə ürək-damar sistemi xəstəlikləri üçün ambulator müalicə zamanı dərman vasitələrinin verilməsinə başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.
A.Əhmədova bildirib ki, “Tibbi sığorta haqqında” Qanuna əsasən, tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur:
“2025-ci ilin ikinci yarısında ambulator dərmanların icbari tibbi sığorta təminatına alınması nəzərdə tutulub. Ambulator dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması planlaşdırılıb.
Agentliyin Tibbi xidmətlər və dərman vasitələri departamenti tərəfindən dərman təminatı mexanizmləri təhlil edilib. Belə ki, növbəti il yenilənən Xidmətlər Zərfində təminata alınan dərmanların əsas təsiredici maddəsi və dozası, yəni dərmanın tərkibi qeyd olunacaq. Buna əsasən, icbari tibbi sığorta hesabına qarşılanan dərmanlarla bağlı pozitiv siyahı hazırlanacaq. Bu siyahıya yalnız ambulator şəraitdə həkim tərəfindən resept əsasında yazılan dərmanlar daxil ediləcək”.
Qurum rəsmisi qeyd edib ki, pozitiv siyahıda dərmanların brend adları və qiymətləri olacaq. Dərmanların qiyməti 2 hissədən ibarət olacaq. Şərti kompensasiya məbləği - sığorta tərəfindən, müştərək maliyyələşmə məbləği (MMM) - vətəndaş tərəfindən ödəniləcək. Müştərək maliyyələşmə məbləği dərmanın pərakəndə satış qiymətindən şərti kompensasiya məbləğinin çıxılması ilə müəyyən ediləcək. Qeyd edək ki, pərakəndə satış qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir”.
Onun sözlərinə görə, əsas təsiredici maddə əsasında müxtəlif brendlərə məxsus dərmanlar istehsal olunur:
“Eyni təsiredici maddənin olduğu dərmanların qiymətləri istehsalçıdan və ölkələrdən asılı olaraq fərqli ola bilər. Sığorta tərəfindən eyni tərkibli dərman istehsalçılarının hər birinə eyni şərti kompensasiya məbləği ödəniləcək. Vətəndaş tərəfindən seçilən dərmanın qiymətindən asılı olaraq, onun ödədiyi müştərək maliyyələşmə məbləği isə fərqli ola bilər.
İcbari tibbi sığorta hesabına dərman təminatı yalnız elektron reseptlər əsasında həyata keçiriləcək. Agentlik qanunvericiliyə uyğun fəaliyyət göstərən özəl apteklərlə əməkdaşlıq müqavilələri bağlayacaq. Vətəndaş elektron resept ilə Agentlik ilə müqaviləsi olan aptekə yaxınlaşaraq reseptdəki dərmanların təsiredici maddəsi və dozalarına uyğun pozitiv siyahıdakı dərmanlardan birini seçə biləcək. Agentliklə müqaviləsi olan apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar həmin aptekləri asanlıqla tanıya və tapa bilsinlər”.
Lamiyə Məmmədova























































