Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Bu əməliyyatlar da sığorta ilə ediləcək
2025-ci ildə Xidmətlər Zərfində dəyişikliklərin aparılması planlaşdırılır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova məlumat verib.
O bildirib ki, bu məqsədlə cari ildə müvafiq ictimai müzakirələr təşkil edilib:
“Xidmətlər Zərfində ediləcək dəyişiklik 3 istiqamətdə aparılacaq. Xidmətlər Zərfi genişləndirilərək yeni xidmətlər əlavə ediləcək. Bunlar arasında kəsiksiz damar əməliyyatları, travmatoloji müdaxilələr, qarın boşluğu, baş-beyin və göz əməliyyatları kimi mürəkkəb cərrahi müdaxilələr yer alacaq. Məqsəd isə tibbi xidmətlərin daha əlçatan olmasını təmin etməkdir.
İkinci istiqamətdə dəyişiklik xidmətlərin adlarının daha dəqiq və izahlı şəkildə yazılması ilə bağlı olacaq. Bu dəyişikliklər tibb heyətinin işini asanlaşdıracaq və vətəndaşların tibbi xidmətlər haqqında daha məlumatlı olmasını təmin edəcək.
Üçüncü istiqamətdə dəyişiklik bəzi tibbi xidmətlərdə istifadə edilən xüsusi tibbi sərfiyyatın tibbi xidmətə nəzərən nizamlanması ilə bağlı olacaq. Bura beyin və ürək arteriyalarına implantasiya edilən stentlər, dərman ifraz edən və ya etməyən koronar və periferik stentlər, trombolitik maddələr (tromb əridən preparatlar) daxildir”.
Lamiyə Məmmədova























































