Menu
Xəbər Lenti
“Atasının oğlu”
24-12-2024, 11:12

“Atasının oğlu”

26 Ara 14:55Manşet / Gündəm

İlham Əliyevə başsağlığı məktubları gəlir

 

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Qaynarinfo xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxlu sayda insanın həlak olduğu təyyarə qəzası ilə bağlı xəbər məni dərindən kədərləndirdi.
Bosniya və Herseqovina vətəndaşları adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.
***
Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik:
"Zati-aliləri.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti, əziz dost.
İcazə verin, "Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstan ərazisində qəzaya uğraması ilə əlaqədar dərin kədərimi və hüznümü ifadə edim.
İnsan ölümü hər zaman çox ağır itkidir. Əzizlərini itirən ailələrə dərin hüznlə başsağlığı veririk, xəsarət alanların tezliklə sağalmalarını diləyirik.
Möhtərəm Prezident, xalqınıza dərin rəğbətimi bir daha ifadə edərək, bu çətin anlarda Sizə səbir arzulayıram”.
***
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif:
"Zati-aliləri, əziz Qardaşım.
Dekabrın 25-də "Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi surətdə qəzaya uğraması ilə əlaqədar Pakistan xalqı və Hökuməti adından, şəxsən öz adımdan Sizə, azərbaycanlı qardaş və bacılarımıza dərin hüznlə başsağlığı verirəm.
Pakistan xalqı insanların həyatını itirməsi ilə nəticələnən bu hüznlü hadisə barədə xəbəri dərin kədər hissi ilə qarşıladı. Biz bu kədərli vaxtda Zati-aliniz və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bildiririk.
Düşüncələrimiz və dualarımız həlak olanların ailələrinin yanındadır, yaralananların tezliklə sağalmalarını diləyirik. İnanıram ki, cəsur Azərbaycan xalqının dözümlülüyü və birliyi bu çətin dövrü dəf etməyə kömək edəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev:
"Zati-aliləri.
"Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı xəbər məni dərindən kədərləndirdi. Çoxlu sayda insanın həyatına son qoymuş bu hadisə Azərbaycan üçün böyük itkidir.
Zati-alinizə və Azərbaycan xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzu edirəm.
Bu faciə Türk dünyasında hər kəsi dərindən təsirləndirdi, kədərli anlarda birliyin və dəstəyin önəmini xatırlatdı. Bu hüznlü hadisə ilə bağlı Azərbaycan xalqı ilə həmrəyik və kədərinizi bölüşürük”.
***
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min:
"Zati-aliləri.
"Azərbaycan Hava Yolları”nın təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində sərnişinlərin və ekipaj üzvlərinin həlak olması xəbərindən sarsıldım.
Sizə və həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanların tezliklə sağalmalarını arzulayıram”.
***
Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin:
"Hörmətli İlham Heydər oğlu.
Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi.
Qəza nəticəsində faciəli şəkildə həlak olanlarla əlaqədar Həştərxan vilayətinin bütün sakinləri adından və şəxsən öz adımdan Sizə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq.
Sizin kədərinizi bölüşürük”.
***
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan:
"Möhtərəm cənab Prezident.
"Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbərini dərin hüzn və kədərlə qarşıladıq.
Bu ağır itki ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu edirik”.
***
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyan:
"Möhtərəm cənab Prezident.
"Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.
Bu faciəvi hadisə ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını diləyirik”.
***
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum:
"Möhtərəm cənab Prezident.
"Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması və yaralanması xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Bu ağır itki ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa tapmalarını arzulayırıq”.
***
Maldiv Prezidenti Məhəmməd Muizzu:
"Zati-aliləri.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxlu insan tələfatına və yaralanmasına səbəb olan faciəvi təyyarə qəzası ilə bağlı xəbər məni dərindən kədərləndirdi və sarsıtdı.
Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına, o cümlədən bu hadisə nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Belə bir kədərli gündə dualarımızın xüsusilə də faciənin nəticələri ilə üzləşmiş sağ qalan insanlarla olduğunu bildirirəm”.
***
Fələstin Prezidenti Mahmud Abbas:
"Hörmətli cənab Prezident.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı xəbərini təəssüf hissi ilə öyrəndim.
Bu faciə ilə əlaqədar kədərinizi bölüşərək, qardaş Azərbaycan xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, sağ qalan insanlara görə Uca Allaha şükür edir, yaralıların tezliklə sağalmalarını diləyirəm.
Allah Sizi və xalqınızı qorusun”.
***
Slovakiya Prezidenti Peter Pelleqrini:
"Cənab Prezident.
"Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın faciəli ölümü və yaralanması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.
Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə, Azərbaycan vətəndaşlarına, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzulayıram”.