Xəbər Lenti
Bugün, 11:21
Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
Dünən, 09:41
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
2-11-2026, 10:49
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
2-11-2026, 10:44
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Faciəvi şəkildə ölənlər gəlinin bibiləri imiş - Toy təxirə salındı
Dünən paytaxtın Qaradağ rayonunda 3 nəfərin ölümü ilən nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, qəzada ölən şəxslər dekabrın 24-də paytaxtda baş tutacaq toy məclisi üçün Bakıya gəlirmiş.
Onlar toyu olacaq gəlinin bibiləri imiş. Hadisə ilə əlaqədar nəzərdə tutulmuş toy məclisi təxirə salınıb.
Qeyd edək ki, Bakı-Qazax magistralının 17-ci kilometrliyində “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında yerləşən maneəyə çırpılıb. Nəticədə maşında olan 3 nəfər - 1960-cı il təvəllüdlü Əliyeva Xatun Tofiq qızı, 1964-cü il təvəllüdlü Əliyev Akif Əlisamid oğlu və 1967-ci il təvəllüdlü Əliyeva Lətafət Tofiq qızı dünyasını dəyişib.























































