Xəbər Lenti
Bugün, 13:26
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
19-10-2026, 21:15
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18-10-2026, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
18-10-2026, 11:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 20:27
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
17-10-2026, 20:04
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
17-10-2026, 19:16
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
17-10-2026, 19:03
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
17-10-2026, 18:05
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
17-10-2026, 18:01
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
"Gürcüstan hakimiyyətinin Azərbaycan təcrübəsini öyrənməsində fayda var" - Ekspert
"Rəsmi Tiflisin "Xarici agentlər haqqında" Qanunda dəyişikliklərə razılaşması Gürcüstanın təhlükəsizliyi və təzyiqlərdən qaçması üçün geosiyasi rəqslərinin təzahürüdür".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Avropa Şurası katibi Alen Berse ilə görüşdən sonra Gürcüstan baş naziri İrakli Kobaxidzenin "Xarici agentlər haqqında" Qanunda dəyişikliklər etmək niyyətini şərh edərkən deyib.
Ekspert bildirib ki, "Gürcü Arzusu”nun bu yanaşması əslində yeni deyil:
"Sözügedən qanun qəbuledilməzdən əvvəl və ondan sonra da onlar bəyan edirdilər ki, yenidən bu məsələyə baxa bilərlər. Bu baxımdan, belə yanaşma Gürcüstanın təhlükəsizliyi və təzyiqlərdən qaçması üçün geosiyasi rəqslərinin təzahürüdür. Gürcüstan Qərb və Rusiyanın təzyiqi altındadır. Bir tərəfdən rəsmi Tiflis Rusiya ilə münasibətləri balanslaşdırmaq hesabına bu ölkədən özlərinin ərazi bütövlüyü və suverenliyi üçün imkanlar axtarır. Ona görə də Tiflis bu ərəfədə daha çox Rusiyaya meyllənib. "Xarici agentlər haqqında" Qanunun qəbulu da bundan qaynaqlanırdı. Amma digər tərəfdən, Qərb də Tiflisə sanksiyalar tətbiq etdi ki, bu da Gürcüstanı küncə sıxdı".

Həmsöhbətimiz deyir ki, Tiflisin Qərbin təzyiqlərinə dözməyə immuniteti çatmır:
"Rusiya da elan etdiyi vədləri hələlik yerinə yetirmir. Ona görə də Gürcüstan hakimiyyəti dilema qarşısındadır. Rəsmi Tiflis anlayır ki, ölkə cəmiyyətində Qərbə ciddi maraq var və Rusiyaya qarşı heç də birmənalı münasibət yoxdur".
Bu səbəbdən ekspertin fikrincə, Gürcüstan hökuməti hər iki meydançada özünə yer etmək istəyir:
"Lakin bu, o anlama gəlmir ki, həmin qanun tamamilə ləğv olunacaq. Ancaq Avropa Şurası katibinin Tiflisin qanunu dəyişdirəcəyini israrlı şəkildə bəyan etməsi Gürcüstanın iradəsinin sındırılması anlamına gəlir. Ona görə də Tiflis belə geosiyasi rəqs etməyə məcburdur. Tiflis Qərbdin təzyiqlərini azaltmaq, onun avantajlarına sahib olmaq, digər tərəfdən Moskva ilə münasibətləri normallaşdırmaqla ərazi bütövlüyünə nail olmaq üçün iki kresloda oturmağa cəhd edir. Gürcüstan nə Qərbin, nə də Rusiyanın poliqonuna çevrilməməli, özünün müstəqil xətti olmalıdır".
Ü. Şəfiyev qeyd edir ki, bu gün qanun qəbul edib, sabah onu ləğv etmək kimi addımların davam etdirilməsi Gürcüstan hakimiyyətinin nüfuzuna mənfi təsir göstərə bilər:
"Tiflis iki güc arasında davamlı olaraq geosiyasi rəqs etməli olacaq və ölkədə sosial-siyasi sabitlik bərqərar olmayacaq. Gürcüstan hakimiyyətinin Azərbaycan təcrübəsini öyrənməsində fayda var”.
Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze hakimiyyətin "Xarici agentlər haqqında” Qanuna dəyişiklik etmək niyyətini təsdiqləyib. Kobaxidze Avropa Şurasının katibi Alen Berse ilə görüşdən sonra mətbuata açıqlamasında hökumətin qanun layihəsi ilə bağlı müzakirələrə hər zaman açıq olduğunu qeyd edib. Razılığa əsasən Gürcüstan və Avropa Şurası işçi qrupu yaradacaq. Buraya Venesiya Komissiyası da daxil olacaq.
Rüfət Sultan





















































