Strasburqda Azərbaycanın hüquqi səsi — İsmayıl Zalov beynəlxalq platformada yüksək qiymətləndirildi
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Daşkənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti ilə ATU-da rektorun görüşü keçirilib
Qəlblərə nur saçan həkim – Uzman doktor, psixiatr Zaur Qasımovun insanlıq və peşəkarlıq portreti
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Albaniyanın Himara şəhər bələdiyyyəsinin sədri Vangel Tavo ilə görüşüb.
Avroviziyada buna görə sonuncu olduq — YYSİB sədri, ictimai və mədəniyyət xadimi, yazıci-kulturoloq Aydın Xan Əbilovdan sərt tənqid
ATU-da magistratura səviyyəsinə yeni və aktual ixtisaslaşmalar üzrə qəbul yerləri elan olunub
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin növbəti regional iclası keçirilib
“Pensiyası 500 manatdırsa, əlavə 300 almaq imkanı qazanacaq”
Xəbər verdiyimiz kimi, Azərbaycanda qeyri-dövlət (özəl) pensiya fondlarının yaradılacağı açıqlanıb. Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin məlumatına görə, bu fondların yaradılması üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır.
“Qafqazinfo”nun məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.
Deputat qeyd edib ki, əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər:
“Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsin. Bu da təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır. Bu kontekstdən, oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğundur.
Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiyaya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq, məsələn 300 manat almaq imkanı qazanacaq. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq”.
“Bununla yanaşı, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir. Çünki belə pensiya fondlar yaranarsa, vəsaitlər manatla yığılacaq və onun idarə edilməsi həyata keçiriləcək. Ona görə də, burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Bu baxımdan, özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının həyata keçirilməsi və valyuta risklərinin sığortalanması məqsədəuyğun olardı. Ona görə də mexanizmin daha təkmil şəkildə hazırlanıb, təqdim edilməsi vacibdir.
Qeyd edək ki, pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılan bir praktikadır. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə belə fondlar fəaliyyət göstərir”, - deyə V.Bayramov bildirib.























































