Menu
Xəbər Lenti
“Atasının oğlu”
24-12-2024, 11:12

“Atasının oğlu”

07 Ara 09:27Manşet / Gündəm

Yataqxana, pioner düşərgəsi, yarımçıq tikililərdən Cəbrayıla doğru - Böyük Qayıdış

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı Cəbrayıl şəhərində də uğurla həyata keçirilir. Sentyabrın 26-da yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı yola salınıb. 
İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb. Cəbrayıla ikinci köç 28 sentyabr 2024-cü il tarixində baş tutub. Bu mərhələdə 41 ailə, 124 nəfər dədə-baba torpağına üz tutub. Üçüncü köç karvanı sentyabrın 30-da baş tutub. Həmin günü yola 40 ailə, 123 nəfər salınıb.
Noyabrın 7-də dördüncü köç karvanı Cəbrayıl rayonuna yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə 30 ailə, yəni 150 nəfər köçürülüb. Beşinci köç noyabrın 29-da olub. Bu dəfə də Bakıdan 40 ailə, 200 nəfər öz döğma yurduna qayıdıb. 
Dekabrın 2-də altıncı dəfə Cəbrayıla Bakıdan köç karvanı yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə 34 ailə - 129 nəfər köçürülüb. Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 221 ailənin, yəni 843 nəfərin doğma torpağında daimi məskunlaşması təmin edilib.
İşğaldan azad olunan Cəbrayıl çəhərində hazırda bərpa-quruculuq işlərinin aparılması davam edir. Cəbrayıl şəhərinin mərkəzində ümumi sahəsi 7,9 hektar olan yaşayış kompleksi salınıb və 4-5 mərtəbəli olmaqla 33 yaşayış binası tikilib. Tam təmirli mənzillər mətbəx mebeli, su, qaz və elektrik sayğacları ilə təchiz edilir. Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə verilir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Qaynarinfo-ya açıqlamasında Cəbaryıl şəhərində quruculuq işlərinin sürətlə aparıldığını bildirib:
"Bir müddət bundan öncə Prezident Cəbrayıl şəhərinə səfəri zamanı yeni binaların açılışında iştirak edib. Artıq bir neçə dəfə Prezidentin tapşırığına əsasən Cəbrayıla köç karvanı yola salınıb. Biz vətəndaşlarımızın mərhələli şəkildə Cəbrayıl şəhərinə köçdüyünü görürük”.
 
Ceyhun Məmmədov bu gün Cəbrayıl şəhərində böyük binaların tikildiyini qeyd edib:
"Bu gün Cəbrayıl şəhəri yenidən qurulur. Rayonda müxtəlif layihələr icra olunur. Elektrik enerjisi təminatı ən yüksək səviyyədədir. Sülh təminatı artıq həyata keçirilir. Cəbrayılda  "Araz Vadisi İqtisadi Zonası” inşa olunub, yəni bu proseslər paralel şəkildə aparılmaqda davam edir. Bu gün Cəbrayılda 33 binanın inşası tam həyata keçirilib. Həmin binanın bir hissəsində insanlar məskunlaşıb. Bir hissəsində isə insanların məskunlaşması üçün addımlar atılır”. 
Deputat bunu Azərbaycan dövlətinin uğurlu siyasəti kimi qiymətləndirir:
"Eyni zamanda Cəbrayıl şəhəri bu gün sürətli formada yenidən qurulur və abadlaşdırılır. İlk mərhələdə ağır və çətin yerlərdə məskunlaşan vətəndaşlarımızın Cəbrayıla köçürülməsi nəzərdə tutulur. Layihə uzun müəddət davam edəcək.  Sonrakı mərhələlərdə isə əhalinin yavaş-yavaş köçürülməsi təmin olunacaq”.
 
Bahar Rüstəmli
 
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.