“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
ŞÜKRAN SOLTANOV – ADINA, AMALINA VƏ MƏNƏVİ DÜNYASINA LAYİQ YAŞAYAN, VƏTƏNİNƏ, İNSANLIĞA VƏ ALLAHININ LÜTFÜNƏ ŞÜKÜR EDƏN BƏNDƏ!
ŞÜKRAN SOLTANOV – MƏRHƏMƏTİN, QAYĞININ, DİQQƏTİN VƏ İNSANLIĞIN BİR ADI! HƏYATIN AĞIR SINAQLARINDAN UĞUR ZİRVƏSİNƏ UZANAN ŞƏRƏFLİ ÖMÜR YOLU
Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
Vətənpərvər iş adamı Eldəniz Zeynalov: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: XALQIN TARİXƏ YAZDIĞI AZADLIQ SALNAMƏSİ!
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Lənkəran ŞİH başçısı Taleh Qaraşov: MİLLİ DİRÇƏLİŞ GÜNÜ – AZƏRBAYCANIN MÜSTƏQİLLİK YOLUNDA MİLLİ İRADƏNİN VƏ TARİXİ QƏTİYYƏTİN TƏNTƏNƏSİ
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
“Mastercard” “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir
“Mastercard” Azərbaycanda dayanıqlı şəhər nəqliyyatını təkmilləşdirmək məqsədilə “Bakı Taksi Xidməti” MMC, ABB və APAR velosiped icarəsi xidməti ilə əməkdaşlığa başladığını elan edir.
ABB və APAR Xidməti ilə Birgə Layihə
APAR şəhərin əsas bölgələrində 700 ekoloji təmiz pedallı velosiped və 200 e-velosipedi istifadəyə verir, Mastercard və ABB tərəfdaş kimi taksi təşəbbüsünü mükəmməl şəkildə tamamlayır. ABB-dən əldə edilən Mastercard kartlarının istifadəçiləri pedallı velosipedlər üçün abunəliklərdə 50% endirim əldə edəcəklər. Eyni zamanda, bütün Mastercard istifadəçiləri elektrikli velosipedlərə aid xüsusi stimullardan faydalana biləcəklər. İstifadəçilər üçün velosiped axtarışı, gəzintiyə başlama və icarə idarəsi üçün rahat mobil tətbiq təqdim olunacaq.
Bakı Taksi Xidməti İstifadəçiləri üçün Eksklüziv Mastercard Üstünlükləri
Ekoloji cəhətdən təmiz elektrik taksilərinin istifadəsinə təşviq etmək məqsədilə "Baku Taxi" MMC Mastercard kart istifadəçiləri üçün eksklüziv kampaniyaya start verib: mobil ödənişlərə bir il ərzində 10% endirim təklif olunur. Bu təşəbbüs sakinləri və qonaqları təmiz nəqliyyata təşviq edərək, emissiyaları azaldır və dayanıqlılığı dəstəkləyir.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyininin İdarə Heyətinin sədr müavini Natiq Dadaşov AYNA tərəfindən paytaxt ərazisində mikromobillik infrastrukturunun inkişafı və xüsusilə yaxın məsafələrə səfərlər zamanı əhalinin bu növ nəqliyyat vasitələrindən istifadəyə təşviq edilməsi məqsədilə 35 km-ə yaxın mikromobillik zolağı salındığını diqqətə çatdırıb. Həmçinin, taksi sahəsində xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilən yeniliklərin müsbət nəticələrinin müşahidə edildiyini bildirib.
Mastercard-ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Avşar Gürdal bu təşəbbüslərdən məmnunluğunu ifadə edərək bildirib: “Bakı Taksi Xidməti və ABB ilə əməkdaşlıq edərək Azərbaycanda şəhər mobilliyini təkmilləşdirməkdən qürur duyuruq. İnnovativ nəqliyyat həlləri təqdim edərək hər kəs üçün daha təmiz və əlçatan seçimlər yaratmağı hədəfləyirik.”
Bu tərəfdaşlıq vasitəsilə Mastercard, “Bakı Taksi Xidməti”, ABB və “APAR” Azərbaycanda şəhər həyatını yaxşılaşdırmaq, emissiyaları azaltmaq və dayanıqlı nəqliyyat həllərini təşviq etmək məqsədilə hər kəs üçün daha yaşıl bir gələcəyin qurulmasına töhfə verir.

























































