31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
“Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
İlin ən yaxşıları oldular
İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal “Golden Boy” mükafatını qazanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə mükafatın mətbuat xidməti məlumat yayıb.
Türkiyə millisinin və “Yuventus”un futbolçusu Kenan Yıldız isə “Golden Boy Web” mükafatına laiq görülüb.
Xatırladaq ki, L.Yamal İspaniya yığmasının heyətində AVRO-2024-ün qalibi olub. Kenan isə 19 yaş 136 gündə “Yuventus”un tarixində UEFA Çempionlar Liqasında qol vuran ən gənc oyunçu olub.
Qeyd edək ki, “Golden Boy” mükafatı 2003-cü ildən təqdim edilir. Bu mükafat Avropada ilin 21 yaşadək ən yaxşı futbolçusuna təqdim olunur. Müxtəlif vaxtlarda Lionel Messi, Kilian Mbappe, Erlinq Haaland, Pol Poqba və başqaları bu mükafata sahib olub. 2023-cü ildə mükafatın qalibi “Real Madrid” və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqhem olub.























































