Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
Xətai rayonunda Xalq artisti Niyaməddin Musayevin 85 illik yubileyinə həsr olunmuş görüş keçirilib
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
Heç vaxt qazanmadığı “Qızıl ayaq”...
“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi “Qızıl ayaq” mükafatına namizədlər siyahısında yer alıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, argentinalı forvard 2024-cü ildə bu mükafat uğrunda Harri Keyn (“Bavariya”), Kevin De Bruyne (“Mançester Siti”), Neymar (“Əl-Hilal”), Vircil van Dayk (“Liverpul”), Tomas Müller (“Bavariya”), Kərim Benzema (“Əl-İttihad”), Lautaro Martinez (“İnter”), Antuan Qrizmann (“Atletiko”), Marko Verratti (“Əl-Ərəbi”) ilə mübarizə aparacaq.
37 yaşlı Messi aktivindəki 45 kubokla futbol tarixinin ən titullu oyunçusu olmasına baxmayaraq, hələki bu mükafatı qazana bilməyib.
Qeyd edək ki, “Qızıl ayaq” 2003-cü ildən 28 yaşdan yuxarı yaş kateqoriyasında ən yaxşı oyunçulara verilən mükafatdır. Hər bir futbolçu bu mükafatı karyerasında yalnız bir dəfə qazana bilər.
Ulduz futbolçu Kriştiano Ronaldonun kolleksiyasında artıq bu mükafat var. O, bunu 2020-ci ildə “Yuventus”da qazanıb.
Bu mükafata sahib olanlar arasında Luka Modriç, Ronaldo Nazario, Ronaldinho, Andres İnyesta, Totti və Robert Levandovski də var.

























































