Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbaildə Ulu Öndər Heydər Əliyevin milli memarlıq irsinə həsr olunan tədbir keçirilib
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
“Sərhədlərin açılması ilə bağlı əhalimizlə açıq danışmalıyıq...”
“Əhalimizlə açıq danışmalıyıq ki, sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqının ölkəmizə axını ilə nəticələnəcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.
Onun sözlərinə görə, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır: “Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər.
Dövlətin maliyyə rezervlərini qorumaq, birinci növ tələbat mallarını təmin edən daxili və xarici iqtisadi əlaqələri genişləndirmək, ixracın-idxalın coğrafiyasını şaxələndirmək, daha təhlükəsiz ölkələrə keçirmək tələb olunur.
Doğrudur, klassik müharibə qanunları dəyişib. 44 günlük savaş dövründə dövlətimiz beynəlxalq iqtisadi-siyasi əlaqələrini nəinki zəiflətmədi, əksinə gücləndirdi. Lakin dinc dövrə xas xərclər siyasəti yaxın gələcəkdə maliyyə, ərzaq, silah təminatında risklər yarada bilər. Növbəti ildə neft hasilatının azalmasının-29.2 milyon tondan 2028-ci ildə 26.4 milyon tona düşməsinin qarşısını alan tədbirləri gücləndirməliyik”.
Nuranə Daxilqızı






















































