“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
“Azərbaycan məsələləri qonşu dövlətlər kimi borclar hesabına həll etmir”
“2025-ci ilin dövlət büdcəsi artan büdcədir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu gün keçirilən komitə iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.
“2025-ci ilin dövlət büdcəsində yalnız iqtisadi strategiya deyil, milli prioritetlər də nəzərə alınıb. Üst-üstə düşən maliyyə ehtiyaclarının qarşılanması da növbəti ilin dövlət büdcəsinin əsas xüsusiyyətlərindəndir. Azərbaycan qonşu dövlətlər kimi qarşıda duran taleyüklü məsələlərini xaric kreditlər, borclar hesabına həll etmir. Bu il də sosial yönümlülük bizim büdcənin əsas prinsiplərinəndir”, - deyə A.Əmiraslanov bildirib.
Nuranə Daxilqızı























































