Xəbər Lenti
Bugün, 12:13
İş adamı Eldar müəllim: Prezident İlham Əliyev – Müzəffər Ali Baş Komandan, güclü dövlətin memarı
Bugün, 11:23
Ədalət Hacıyev: Prezident İlham Əliyev – Dövlətçilik, mədəniyyət və milli həmrəyliyin rəmzi
Bugün, 08:53
Amil Bağıyev: Prezident İlham Əliyev – Müstəqil Azərbaycanın gücü, zəfəri və milli həmrəyliyinin təminatçısı
Bugün, 08:49
Taleh Məmmədov: Prezident İlham Əliyev – Müstəqil Azərbaycanın Zəfər və həmrəylik yolunun lideri
Bugün, 08:48
İş adamı Cəbrayıl Cəbrayılov: Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev – Milli birliyin və qələbənin simvolu
Bugün, 08:46
İş adamı Zaur Abdullayev: Prezident İlham Əliyev – Qətiyyət, dövlətçilik və dünya Azərbaycanlılarının birlik rəmzi
Bugün, 08:43
Mehman Qəhrəmanov: Prezident İlham Əliyev – Güclü Lider, Güclü Dövlət və Qlobal Azərbaycan Birliyi
Bugün, 08:41
Vətənpərvər xanım Lətifə Əhmədova: Prezident İlham Əliyev – Güclü dövlət iradəsinin və milli qürurun təntənəsi
Dünən, 08:40
Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
21-12-2025, 19:32
Ruslan Eldaroğlu: Amnistiya aktının qəbulu siyasi müdrikliyin və sosial humanizmin bariz nümunəsidir.
Milli Məclisdə dövlət büdcəsi müzakirə olunur
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.
Tahir Mirkişilinin sədrliyi ilə keçirilən toplantıda 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi müzakirə olunur.
İclasda deputatlar, Maliyyə Nazirliyi və Hesablama Palatasının nümayəndələri iştirak edirlər.
Toplantının gündəliyinə 10 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:
1. “Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).
2. “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).
3. “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).
4. Vergi Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş).
5. “Azərbaycanın 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (üçüncü oxunuş).
6. “Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
7. “İnvestisiya fəaliyyəti haqqında" qanun layihəsi (üçüncü oxunuş).
8. “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlara dəyişiklik layihəsi (üçüncü oxunuş).
9. “Məhkəmələr və hakimlər haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmək pensiyaları haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Dəniz limanları haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında”qanunlara dəyişiklik layihəsi.
10. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və 2009- cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi.























































