Menu
Xəbər Lenti
Paşinyan Fransaya getdi
Bugün, 11:46

Paşinyan Fransaya getdi

Şuşadan ailə - Fotosu
8-11-2026, 21:40

Şuşadan ailə - Fotosu

ZƏFƏRƏ GEDƏN YOL
8-11-2026, 12:53

ZƏFƏRƏ GEDƏN YOL

Xankəndi Stadionu açıldı
7-11-2026, 17:08

Xankəndi Stadionu açıldı

23 Oktyabr 2024 07:48Manşet / Kriminal

Yaşlı ər-arvad qətlə yetirildi

 

Ötən gecə paytaxtın Nəsimi rayonu ərazisində ər və arvadı qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə metronun “Memar Əcəmi” stansiyasının qarşısında – Hüseynbala Əliyev küçəsi 4 ünvanındakı binada baş verib.

Saat 21 radələrində həmin binadakı mənzilllərdən birində yaşayan 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın üzərində xəsarətlər olan meyitləri tapılıb.

85 yaşlı kişinin boynunun kəsilərək, qadının isə başına zərbə endirilərək öldürülməsi müəyyənləşib.

Hadisə ilə bağlı əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.

***

Daxili İşlər Nazirliyi (DİN) hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.

Hazırda araşdırma aparılır.