GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Sahibə Qafarova Simonyanla görüşü niyə rədd edib?
İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş olmayıb.
“Qafqazinfo” xəbər verir ki, Ermənistan spikerinin mətbuat katibi Movses Arutyunyan sosial şəbəkələrdə bununla bağlı həqiqətə uyğun olmayan məlumat yayıb.
REAL TV isə görüşün baş tutmamasının əsl səbəbini üzə çıxarıb. Məlumata görə, əslində, görüşün baş tutmayacağı xeyli əvvəldən bəlli olub. Belə ki, Parlamentlərarası İttifaqın rəhbərliyi görüş təşəbbüsü ilə çıxış edib və elə ilk andan Milli Məclisin sədri Sahibə Qafarova bu təklifə mənfi cavab verib. Bu isə səbəbsiz deyil.
Qeyd edək ki, indiyədək Sahibə Qafarova ilə Alen Simonyan arasında iki görüş keçirilib. Hər iki görüş Cenevrədə Parlamentlərarası İttifaqın vasitəçiliyi ilə baş tutub. Lakin bu ilin mayında keçirilən görüşdən sonra Ermənistan hakimiyyətinin, o cümlədən, spiker Alen Simonyanın ritorikasında Azərbaycana qarşı mənfiyə doğru dəyişikliklər müşahidə olunur. Bu səbəbdən də Sahibə Qafarova Alen Simonyanla görüşməyə, nəyisə müzakirə etməyə ehtiyac duymayıb.
Görüşlərdə məqsəd parlamentlərin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə verə biləcəyi töhfəni müzakirə etməkdir. Lakin Ermənistan parlamentinin sədrinin bəyanatları belə nəticəyə gəlməyə əsas verir ki, o və təmsil olunduğu hakimiyyət əslində sülh istəmir və yalnız imitasiya ilə məşğuldur.























































