Xəbər Lenti
Bugün, 12:15
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Dünən, 13:26
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
19-10-2026, 21:15
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18-10-2026, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
Sahibə Qafarova TBMM sədrinə təbrik məktubu göndərib
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Zəfər Bayramı münasibətilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopa təbrik məktubu göndərib.
Milli Məclisdən bildirilib ki, spiker Sahibə Qafarova 30 Avqust Zəfər Bayramının 100-cü ildönümü münasibətilə həmkarına, Türkiyə Böyük Millət Məclisinin üzvlərinə və qardaş Türkiyə xalqına təbriklərini ünvanlayıb.
Məktubda bu möhtəşəm zəfərin qardaş Türkiyə xalqının şanlı tarixinin ən parlaq səhifələrindən biri olduğu qeyd edilərək, Vətəninin istiqlaliyyəti uğrunda canlarını verən şəhidlərin əziz xatirəsi bir daha dərin hörmət və ehtiramla yad olunur.
Qardaş Türkiyənin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin, beynəlxalq aləmdə qazandığı nüfuz və rəğbətin vurğulandığı məktubda, həmçinin bildirilir ki, Azərbaycan -Türkiyə qardaşlıq və dostluq münasibətləri, çoxşaxəli əməkdaşlıq əlaqələri hazırda özünün ən yüksək zirvəsindədir. Ali qanunvericilik orqanlarımızın birgə fəaliyyəti bu münasibətlərin daha da gücləndirilməsinə töhfə verir.
Milli Məclisin sədri inandığını bildirib ki, birgə səylərimizlə parlamentlərarası əlaqələrimizin ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmləndirilməsinə və genişləndirilməsinə nail olacağıq.





















































