Xəbər Lenti
Bugün, 10:49
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Bugün, 10:44
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Tura “Qarabağ”ın qələbəsi ilə yekun vuruldu
Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” “Sumqayıt”ın qonağı olub. Oyun meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə bitib.
Yeganə qolu 74-cü dəqiqədə Elvin Cəfərquliyev meydan sahiblərinin qapısından keçirib.
Bu qələbə Ağdam təmsilçisinə ölkə çempionatındakı 21-ci xalı qazandırıb. Turnir cədvəlinə “Qarabağ” başçılıq edir. “Sumqayıt” isə 7 xalla səkkizinci sırada qərarlaşıb.
Azərbaycan Premyer Liqası
9-cu tur
6 oktyabr
“Sumqayıt” – “Qarabağ” 0:1
Qeyd edək ki, turun əvvəlki matçlarında “Kəpəz” “Neftçi”ni 4:3, “Səbail” “Şamaxı”nı 2:0, “Turan Tovuz” isə “Zirə”ni 1:0 hesabı ilə məğlub edib. “Sabah” - “Araz-Naxçıvan” oyunu isə heç-heçə yekunlaşıb - 1:1.























































