Menu
Xəbər Lenti
Anar Rzayevə ağır itki
Dünən, 10:54

Anar Rzayevə ağır itki

Bu yollarda tıxac var
2-11-2026, 10:05

Bu yollarda tıxac var

Şəhid atası vəfat etdi
2-11-2026, 09:55

Şəhid atası vəfat etdi

30 Sentyabr 2024 07:19Manşet / İdman

“Qarabağ” “Sabah”a qalib gəldi

 

Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun qapanış və mərkəzi oyunu çempion “Qarabağ”la əsas rəqiblərindən biri hesab edilən “Sabah” arasında keçirilib.

Beş qolun qeydə alındığı bu oyunda Ağdam təmsilçisi qələbə qazanıb.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Səbail”ə (3:2), “Zirə” “Kəpəz”ə (3:0) qalib gəlib, “Neftçi” – “Sumqayıt” (1:1) və “Şamaxı” – “Turan Tovuz” (2:2) oyunlarında heç-heçə qeydə alınıb.

Azərbaycan Premyer Liqası
8-ci tur
29 sentyabr

“Qarabağ” – “Sabah” 3:2
Qollar: Toral Bayramov, 6. Nəriman Axundzadə, 8. Kevin Medina, 17 – Coy Lens Mikels, 45+1. Pavol Şafranko, 51.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
“Azərsun Arena”, 19:00.