GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Pakistanın Karaçi Universitetinin professoru Botanika İnstitutunun qonağı olub
Pakistanın Karaçi Universitetinin Dr. Panjvani adına Molekulyar Tibb və Dərman Tədqiqatları Mərkəzinin tərkibində fəaliyyət göstərən Kimyəvi və Bioloji elmlər üzrə Beynəlxalq Mərkəzin professoru, Dr. Atia-tul-Vahab Botanika İnstitutunda qonaq olub. İnstitutun baş direktoru b.e.d., professor Səyyarə İbadullayeva ilə görüşü zamanı qonağa Botanika İnstitutunun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, müştərək layihələri və əldə olunan nailiyyətləri haqqında məlumat verilib. Görüş ərəfəsində İslam Əməkdaşlıq Təşkilatının Elmi və Texnoloji Əməkdaşlıq üzrə Nazirlər Daimi Komitəsinin (COMSTECH) Baş kordinatoru professor Dr. Muhammad İqbal Choudhary hibrid formatda müzakirələrə qoşulub. İnstitutlar arası əməkdaşlığı gücləndirmək məqsədilə qarşılıqlı müzakirələr aparılıb. Həmçinin, bu ilin dekabr ayında Pakistanda birgə konfransın keçirilməsinə qərar verilib.
Qeyd edək ki, prof. Dr. Atia-tul-Vahab 2018-ci ildən İnstitutun Mikologiya və İbtidai bitkilər şöbəsinin müdiri, b.e.d. Dilzarə Ağayeva ilə tibbi əhəmiyyətli göbələklərin bioloji aktiv maddələrinin araşdırılması isdtiqamətində sıx əməkdaşlıq edir. Mikologiya laboratoriyanın iki kiçik elmi işçisi bu istiqamət üzrə doktorluq dissertasiyaları üzərində çalışır. Onlardan Yagut Yusifova COMSTECH qrantı hesabına Karaçi Universitetində doqquz ay təlim proqramında iştirak etmişdir. Aparılan tədqiqatlar üzrə əldə olunan nəticələrə dair hazırlanan çap işləri geniş müzakirə olunub.


























































