UltraMed Tibb Mərkəzinin baş direktoru Ağahəsən Rüstəmov – peşəkarlıq, humanizm və məsuliyyətin vəhdəti
Dövlətə sədaqətin, vətənə xidmətin parlaq nümunəsi – Vətənpərvər iş adamı Rüfət Yusifov
"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının icrası ilə bağlı tədbirlər müəyyənləşdirildi
Azərbaycanda tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilib
Azərbaycanın və Gürcüstanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlığı nəzərdə tutan Saziş təsdiqlənib - FƏRMAN
Elgin Həbibullayevin rəhbərlik etdiyi icra hakimiyyətində İXTİSARLAR: Müavinini və şöbə müdirini də İŞDƏN ÇIXARDI
Xarici işlər naziri: "Azərbaycanda 124 İsrail şirkəti fəal iş və layihələr həyata keçirir"
Üç gömrükçü həbs edildi - Ölkəyə qaçaq yolla qızıl külçələr keçirilib
Qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
İstintaqla Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks” Birliyinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı Pərvin Dursunəliyev, həmin Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru Mənsur Mehdiyev tanışları Əli İbrahimovla qabaqcadan əlbir olaraq sonuncu tərəfindən 8 iyul 2024-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərindən alınan 190 min 400 manat dəyərində 5 ədəd qızıl külçənin hava limanının sərhəd buraxılış məntəqəsindən cinayətkar qrupun digər üzvlərinin köməkliyi ilə gizli şəkildə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq maddi sübutlar aşkar edilərək götürülüb.
Toplanmış ilkin sübutlar əsasında Əli İbrahimov, Pərvin Dursunəliyev və Mənsur Mehdiyev Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə sözügedən qanunsuz hərəkətlərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.























































