Menu
Xəbər Lenti
NADİR MƏMMƏDLİ - 65
Bugün, 09:19

NADİR MƏMMƏDLİ - 65

Milli maraqlar uğrunda
17-09-2024, 17:28

Milli maraqlar uğrunda

26 Ağu 12:19Manşet / Gündəm

ŞƏRQİN FƏXRİ ULDUZU

Bu dünyada insana yaşamaq haqqı verən Böyük Ya¬radan hər kəsin yolunun üstünə sınaqlardan keçmək üçün çətinliklər çıxarır.
Çiyninə ömür boyu daşımalı olacağı bir yük qoyur. İnsan ağlına, təfəkkürünə və gücünə görə həyatı boyu bu yükü bir məqsəd, amal yolunda çəkməli olur. Tan¬rının taleyinə bəxş etdiyi hər hansı bir yükü (missiya¬nı) qisməti kimi qəbul edən insan da ömrünə bəxş olunmuş yaşam haqqına “xoş gəldin” deyib, üzünə açı¬lan dünyanın qapısından keçərək həyatını yaşamağa başlayır. Yıxıla-büdrəyə addımlarını bərkidib arzuları¬na doğru yol alır... Güclü xarakterə, bütöv əqidəyə ma- lik olan xeyirxah, nəcib və humanist insan bu dünyaya gəlişinin ictimai mənasını dərk edincə ona verilən tu- tiya ömrün qədrini bilir, onu daha mənalı və geniş an¬lamda yaşamağa qərar verir.
O zaman insan kiçik ailə cəmiyyətindən başlamış, ölkə həyatında faydalı işlər görmək missiyasını da¬şımalı olduğunun da fərqinə varır. Bu fürsətdən icti¬mai mövqeyinə, zəkasına və gücünə görə çalışmağı, faydalı işlər görməyi özünə borc bilir. Şübhəsiz, bunlar vətən və xalq qarşısında vətəndaşlıq məsu¬liyyətini dərk edən, insansevərlik duyğularının co¬şub-daşdığı qəlb sahiblərində özünü daha böyük an¬lamda büruzə verir.
Uzun illər apardığım müşahidələrimə görə, bu yükü, məqsəd və amalı intəhasız bir sevgi, istəklə daşıyan, vətəninə, xalqına can-başla xidmət edən şəxsiyyətlər¬dən öndə olanı Azərbaycan Respublikası Milli Məclisi¬nin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO-nun xoş¬məramlı səfiri və İSESCO-nun ilk qadın xoşməramlı səfiri Mehriban xanım Əliyevadır. Mehriban xanım ge- nişəhatəli fəaliyyətini qəlbinin səsi, ürəyinin saflığı, tə¬fəkkürünün işığı, istiqanlılığı, nəcibliyi, xeyirxahlığı ilə həyata keçirir. Bunlar onun həyat yolunu aydmladan ümdə keyfiyyətləri sırasındadır. Bütün mərhələlərdə görülən işləri böyük həssaslıqla, ən kiçik detallarına, incəliklərinə qədər izləməsi, proseslərin içərisində ol¬ması da onun özəlliklərə qadir olduğunun aydın göstə¬ricisidir. Onun genişəhatəli fəaliyyəti tarixdə yaşamış nəcib, fədakar qadınlarımızın ibrətamiz həyatının, mis¬siyasının yeni anlamda davam etdirilməsidir.
Düşünürəm ki, Mehriban Əliyevanın irimiqyaslı fəa¬liyyətindən necə bir ürəklə bəhs etsək də, vətən və xalq üçün gördüyü işləri - layihələri, proqramları bir məqa¬lədə nə saymaqla, nə də yazmaqla başa çatdırmaq mümkün deyil. Biz sadəcə, xalqın xidmətində dayana¬raq ona böyük məsuliyyət və sevgi ilə, onun rifah halı¬nın yaxşılaşmasına dəstək olan, köməyə, dada çatan bir şəxsin, böyük ürək sahibinin canfəşanlıqla çalışmaların¬dan, uğurlarından riqqətə gələrək haqqmda söz deməyə ruhlanırıq. Əslində bu cəsarət milli dəyərlərə yeni ənənələr qazandıran, xalqa xidmət edən şəxsiyyətə sonsuz sayğılanmızı bildirmək istəyimizdən irəli gəlir. Xalq el üçün yanan, millətin balalarından yana, vətənin sabahı naminə çalışanları, həyatda izini qoyanları sevir, ona eh¬tiramını bildirir. Mehriban Əliyeva böyük mənada xal¬qın elçisidir. Təbii ki, Onun işıqlı əməllərindən əxz et-diyimiz ibrətamizliyi, mənəvi keyfiyyətləri formalaşdı¬ran amillər var və bunlar yeniyetmə çağlarından xarak¬terində zaman-zaman formalaşaraq Onun həqiqi obrazı¬na bir mükəmməllik gətirmişdir. Bu, əsillikdir. Əsillik də, nəcabət də ailədən - kökdən, nəsildən gəlir. Yüksək mədəniyyətin, ziyahlığm, kübarlığın mayası gendən, da¬marlarda axan qandan yaranır. Bunların birgəliyi qeyd etdiyimiz keyfiyyətlərin qəhrəmanımızda olduğunu aş¬kar edir. Bu doğalhq Azərbaycanın birinci - bir inci xa¬nımı Mehriban Əliyevamn timsalında, ailədə ağıllı qadın və həyat yoldaşı, məsləkdaş, ana kimi, ölkənin Birinci xanımının şəxsiyyətində böyük məna kəsb edir. Ana adına, haqqına sahib olaraq ailə-cəmiyyət üçün layiqli övladlar tərbiyə edib yetişdirmək qadm üçün böyük şə- rəfdir^Mənsub olduğun xalqm mənəvi anası, dayağı, ümid yeri olmaq daha məsuliyyətli, daha şərəflidir. Necə böyük ürəyə sahib olasan ki, Tanrının sənə həva¬lə etdiyi bu missiyanı yorulmadan, məhəbbətlə, mərda¬nə daşıya biləsən, üstəlik bu imkandan yararlanaraq və¬tən və xalq üçün çalışmaların yeni yollarım arayasan...
ŞƏRQİN FƏXRİ ULDUZU
Birinci xanım statusunu daşımaq haqqını tale özü müəyyən edir. Lakin bu nəcib, şərəfli adı həqiqi mənada, mənəvi-əxlaqi dəyərlərin ucalığında qazana bil¬mək haqqı, əlbəttə, onun milli ruha, ideologiyaya, azərbaycançılıq məfkurəsinə bağlı olması ilə xarakteri¬zə olunur. O, Birinci xanım statusunda ilkindi, əvəz¬sizdi, bənzərsizdi. Burda Mehriban xanımın bu şərəfli ada münasibətini bildirdiyi açıqlamasındakı bir fikrini xatırlamaya bilmirəm: “Mən Birinci xanım olmağımı, ilk növbədə insanlann bu və ya digər probleminin həl¬li üçün obyektiv fürsət kimi dəyərləndirirəm”...
Onun ictimai fəaliyyətə qoşulduğu zaman Azər¬baycanda xalqın milli oyanış dövrünün ilkin çağlarına təsadüf edir. Ulu öndərin təşəbbüsü ilə yaradılan və müəllifi olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992-ci ildən onun üzvü olaraq vətənin çiçək¬lənməsi, xalqın milli təfəkkürünün yenilənməsi, insan¬lann yeni güc, qüvvə ilə təkmilləşməsi, müasir cə¬miyyət qurulması prosesinin fəal iştirakçısına çevrildi. Cəmi 28 yaşlı gənc qadın, vətən sevdalı xanım ölkədə gedən yeni təkamül prosesinin çətinliklərindən qorx¬madan, fədakarlıqla ictimai-mədəni mübarizələrə qo-şularaq, çox keçmədən onun mərkəzində oldu. O, yax¬şı dərk edirdi ki, bütün zamanlarda xalqı qədim, köklü xalq kimi tanıdan və dünya cəmiyyətində qəbul etdirən onun tarixi, mübarizliyi, qüdrəti ilə yanaşı mədəniyyə¬ti, milli-mənəvi dəyərləridir.
Mehriban Əliyeva 1995-ci ildə Azərbaycan Mədə¬niyyət Fondunun Prezidenti, 2002-ci ildə isə Azər¬baycan Gimnastika Federasiyasının Prezidenti kimi çətin vəzifələrin məsuliyyətini öhdəsinə alaraq bütün iş¬lərin ibtidasından başlayıb yorulmadan, əzmlə çalışdı. Unudulmuş, yaddan çıxmış sahələri köhnəlikdən, pas- sivlikdən çıxararaq onlara yeni ictimai məzmun verən qlobal işlər gördü. Ölkəyə misilsiz nailiyyətlər qazan¬dırdı. Mehriban xanım Azərbaycan mədəniyyətini bey¬nəlxalq aləmdə tanıtmaqdan, təbliğ etməkdən ötrü həm də “İrs” jurnalını təsis etməklə bu sahədə görülə¬si işlərə yeni və maraqlı aspektdən də diqqət yetirdi. Bütün çalışmaların mahiyyətində nüfuzlu ictimai xa¬dim olan Mehriban Əliyevanın Azərbacan mədəniyyə¬tinə yeni nəfəs gətirməsi, onun tarixi keçmişindən bəh¬rələnməklə bugünkü inkişafına təkan vermək amalı dayanırdı. Və tale onun çryninə daha məsuliyyətli, ağır bir yük qoydu. 2004-cü il mayın 10-da, ulu öndər Hey¬dər Əliyevin doğum günündə təsis olunmuş Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyətə başladı. Fondun qarşıya qoyduğu məqsədlərlə tanış olanda Bi¬rinci xanımın fəaliyyətinin əhatəsi insanı heyrətləndi¬rir. Bu məqsəd “...milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin ri¬fahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və id¬manın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sa¬diq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdiril¬məsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdınl- masına yardım göstərməkdən ibarətdir”.
Tarixi şəxsiyyətə, xalq adamına bəslənilən münasibət elədir ki, onlar xalqm yaddaşında həmişə yaşayır. Birinci xanımın işıqlı əməllərindən cilalanmış obrazım səciyyə¬ləndirərkən duyduğum özəlliklər, təsvir etdiyim xarakte¬rik cizgilər məsuliyyətli yanaşmadan yarandığmdan qə-naətim sabitdir. Belə ki, Onun obrazına rövnəq verən düşüncələrim bu gün də öz dəyərini saxlayır, bu səbəb¬dən də Birinci xanımın portretinə yeni ştrixlər əlavə edəndə yeri gəldikcə əzəli fikirlərimi də xatırlayacağam.
Mehriban xanımın ölkədə gedən ictimai-mədəni mübarizələrə qoşulduğu gənclik çağlarından Azər¬baycan xalqına, onun mədəniyyətinə xidmət etmək is¬təyi qəlbində dumduru axan bulaq təki çağlayırdı. Düşünmək, çalışmaq, yollar axtarmaq gərəkdi. Bu im¬kan yarananda O, işlərin və vəzifələrin həcmindən qorxmadan, yorulmadan fəaliyyətə başladı. Sonra bu fəaliyyət istiqamətləri həyatımızın böyük sahələrinə vüsətli şəkildə sirayət etdi. Xalqm mənafeyi yolunda yeni işlər görüldü, böyük təcrübə qazanıldı, uğurlar, irəliləyişlər, təkanlar, dəstəklər yarandı. Bu qədər iri-miqyaslı işləri əhatə edən ictimai fəaliyyət ona bir qa¬dın, ana kimi bağlandığı ailəsi qədər doğmalaşdı, şəx¬si taleyinə çevrildi. Doğulduğu, gözəl tərbiyə aldığı ai¬lədən əxz etdiyi azərbaycançıhq ənənələrini sonradan şəxsi həyatına başladığı ailədə daha geniş anlamda dərk etdi, təkmilləşdirdi.
Milli-mənəvi dəyərlərimizi ləyaqətlə yaşatmasında Mehriban xanıma Heydər Əliyev məktəbinin böyük təsiri oldu. Bu məktəb onun azərbaycançılıq məfkurəsinin formalaşmasına, alicənab, humanist bir azərbaycanlı xa¬rakterinin dolğunlaşmasma öz təsirini göstərdi. Belə nəcib və mübariz keyfiyyətlərə malik olduğundan yaran¬mış imkanlarını dövlətçiliyin möhkəmlənməsinə, vətən- çilik əxlaqının yeni dəyərlərlə inkişafına səfərbər etdi. Və ən böyük məqsədi də Heydər Əliyev irsinin bir mək¬təb kimi yeni nəslə öyrədilməsi, təbliğ olunması idi. Bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliy¬eva onun ideallarına sadiq qalaraq, milli-mənəvi dəyərlə¬rimizi həyat tərzində, əxlaqında və düşüncəsində yaşa¬daraq ulu öndərin yolunu ləyaqətlə davam etdirir. Bu, xalqın gələcəyini möhkəm özüllər üstə qurmağa, onu in¬kişaf etdirməyə aparan ən işıqlı yoldur. Bu, ulu öndərin apardığı yaradıcılıq və quruculuq işlərinin davanu olaraq vətən və xalq naminə fəaliyyət göstərməyin yoludur. Bir xalq olaraq hər birimizin də vətəndaşlıq borcu bu ənənə¬ləri yaşatmaq, onu yeni dəyərlərlə zənginləşdirməkdən ibarətdir. Sabahın yaradıcıları olan gəncləri bu ruhda tər¬biyə etmək də göründüyü kimi, Mehriban Əliyevamn fə¬aliyyətinin əsas amillərindəndir. O, yalnız ölkə başçısı¬nın xanımı kimi deyil, milli ruha bağlı olan, xalqını se¬vən, onun firavan yaşaması, problemlərinin həll olunma¬sında yorulmadan çalışan, böyük xidmətlər göstərən bir azərbaycanlı xanım kimi bütün çalışmalarını özünün mə¬nəvi borcu, ümdə vəzifəsi hesab edir.
Mehriban Əliyevanın bütün çıxışları, müsahibələri özünün zənginliyi, dərin məzmunu, yenilikçi düşüncə¬si ilə böyük maraq doğurur. Bu, fitri istedad sahibinin milli-bəşəri ideallara sadiqliyi, dünya cəmiyyətinə nik¬bin baxışlarının məntiqi ifadəsidir. Ağlına, zəkasına görə də Onu başqa dövlətlərdə də tanıyır və hörmət edirlər. Onun genişmiqyaslı fəaliyyəti ölkənin ictimai- sosial, mədəni həyatını əhatə etməklə tükənmir, O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyəti¬ni, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini, dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyər¬ləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Unutmayaq ki, bütün bunlar əfsanəvi bir qəhrəman tərəfindən deyil, zərif, incə təbiətli, həm də güclü, aydın təfəkkürə, təxəyyülə malik olan qadı¬nın - ölkənin Birinci xanımı Mehriban Əliyevanın bila¬vasitə çalışmaları sayəsində həyata keçirilir.
Məlumdur ki, hər bir zərif qadının arxasında güclü, qüdrətli bir kişi dayanmalıdır. Amma güclü, qüdrətli kişinin də yanında ağıllı, müdrik, nəcib, xeyirxah bir qadının olması bu birliyə bütövlük gətirir. Böyük mis¬siya daşıyan tərəflər üçün bu tamlığın olması birmənalıdır. Cənab Prezident öz uğurlarında, qələbələrində sözsüz ki, şəxsiyyət olaraq öz erudisiyasına, sonar isə Mehriban Əliyeva kimi savadlı, intellectual, şərəfli, həssas, qayğıkeş, mərhəmətli bir həyat yoldaşına minnətdardır. Bütün bunların – bu minnətdarlıq hissinin isharına biz də qoşuluruq. Nə xoş bizə Mehriban Əliyeva adlı şərəfli və örnək bir şəxsiyyətin müasirləriyik.
Ad gününüz mübarək! Hörmətli, dəyərli Mehriban xanımımız.

Pərvanə Mirzə qızı İmanquliyeva
Gəncə şəhər 13 saylı körpələr evi-uşaq bağçasının müdiri
“El Gücü” QHT təşkilatının qərb zonası üzrə Qadınlar Şurasının sədri,
Gəncə şəhər GDRTİ-nin MTM üzrə YAP-nın sədri