Xəbər Lenti
Dünən, 11:14
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 20:15
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
23-10-2026, 11:46
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
22-10-2026, 12:15
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
21-10-2026, 13:26
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
21-10-2026, 12:14
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Keşiş Baqrat yenidən fəallaşır: Paşinyan kilsəni məğlub edə biləcəkmi?
"İrəvanda keşiş Baqrat Qalstanyanın başçılığı altında sentyabrda yenidən start götürüləcəyi gözlənilən aksiyalar da iflasa uğrayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında bunu politoloq Rüstəm Tağızadə erməni revanşistlərin sentyabrda baş nazir Nikol Paşinyana qarşı yenidən ayağa qalxmaq cəhdini şərh edərkən deyib.
"Arxiyepiskopun başçılığı altında Ermənsitan revanşistləri sentyabr ayı üçün Paşinyana qarşı böyük bir mitinqə hazırlaşırlar. Onlar bu fonda öz qüvvələrini toplamağa çalışırlar. Bu məsələyə resurs baxımından baxmalıyıq. Hazırda keşiş Qalstanyanın və "Qarabağ klanı" təmsilçilərinin ölkə daxilində dəstəkçiləri azdır. Erməni xalqı hələ də Nikol Paşinyanı dəstəkləyir", deyə Rüstəm Tağızadə bildirib.
Həmsöhbətimiz qeyd edib ki, keşişin başladığı və sentyabrda davam etdirəcək aksiyanın uğur qazanması digər tərəfdən dəstək olan xarici qüvvələrin sonadək onun arxasında dayanıb-dayanmayacağı ilə bağlıdır:

"Bu məqam da sual altındadır. Əsas məsələlərdən biri də odur ki, son zamanlar ABŞ-ın Ermənistanda aktivliyi fonunda revanşistlərin güclənməsi ehtimalı da azdır. Hazırda Paşinyan iqtidarı həm Qərbdən, həm də ölkə daxilində dəstək görməkdədir. Bu baxımdan da düşünürəm ki, keşiş Baqrat Qalstanyan ətrafına ciddi qüvvələr cəlb edə bilməyəcək. Onun yazda başladığı etiraz aksiyaları Paşinyanın fəaliyyətinə müəyyən qədər əngəl olsa da, gördüyümüz kimi uğur qazanmadı. Revanşistlərin ciddi qüvvə olmamasında Qalstanyanın siyasi savadının azlığı, düzgün platformaya malik olmaması da öz sözünü deyir. Ona görə də onun başladığı mübarizə iflasa uğrayır. Paşinyan müxalifətin payız mübarizəsindən də qələbə ilə çıxmağı bacaracaq".
Qeyd edək ki, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi altında erməni revanşistləri sentyabr ayında yenidən etiraz aksiyalarına başlamaq qərarına gəliblər. Onlar iddia edir ki, bu dəfə daha böyük qüvvə ilə meydanlara çıxacaqlar. Amma bu arada erməni mətbuatının yazdığına görə, Qalstanyan xəstələnərək xəstəxanaya yerləşdirilib.
Rüfət Sultan























































