MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Azərbaycanda 25 milyon dollarlıq “SABAH.fund” vençur fondu yaradıldı
“SABAH.HUB” İnnovasiya Mərkəzi 25 milyon dollarlıq vençur kapital fondu olan “SABAH.fund”ın yaradılmasını böyük qürurla elan edir.
“Qafqazinfo” xəbər verir ki, Fond Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika (MENA) regionlarını əhatə edən ilk vençur kapital fondu olaraq ilkin investisiya mərhələsinin bağlanışında (“first close”) 11 milyon dollar cəlb etməklə Azərbaycanın ən böyük vençur kapital fonduna çevrilib.
“SABAH.fund”ın əsas tərəfdaşları Rəhim Bayramlı və Abbas Kazmidir, investorları arasında isə “Moonwake Investment”, SOCAR, “Integrity Group”, Azərbaycan İnvestisiya Şirkəti və digər şirkətlər yer alır. “SABAH.fund” sərhədləri aşan bir vençur kapital fondu olaraq, “SABAH.HUB” İnnovasiya Mərkəzinin “Techplomacy” təşəbbüsünə dəstək vermək məqsədi daşıyır. Fond innovativ sahibkarları dəstəkləyərək əsas sahələrdə və sürətlə inkişaf edən regionlarda texnoloji irəliləyişlərə təkan verməyi hədəfləyir.
Fondun investisiya strategiyasına görə birincidərəcəli sahələr “FinTech”, “CleanTech” və “EdTech”dir. İkincidərəcəli sahələr isə rəqəmsal sağlamlıq, “AgriTech”, “PropTech” və “LogisticsTech”dir. “SABAH.fund” regionda ən perspektivli və yenilikçi texnologiya startaplarına toxumdan əvvəlki (pre-seed) və toxum (seed) mərhələlərində investisiya edəcək.
Fondun idarə olunması geniş təcrübəyə malik olan Rəhim Bayramlı və Abbas Kazmi tərəfindən həyata keçirilir. Rəhim Bayramlı “SABAH.HUB” İnnovasiya Mərkəzinin icraçı direktorudur. O, London İqtisadiyyat Məktəbinin (LSE) məzunu olub, əvvəllər “McKinsey”də strateji məsləhətçi kimi çalışıb, həmçinin “Push30” və “LANDAU School” kimi bir neçə uğurlu layihənin həmtəsisçisidir. Abbas Kazmi isə “Forbes 30 Under 30”, “Maserati 100” kimi nüfuzlu mükafatlarla təltif olunmuş sahibkar və vençur kapital investorudur. O, həmçinin Oksford Universitetinin məzunu və Saïd Biznes Məktəbində Sahibkarlıq Eksperti kimi fəaliyyət göstərib.
Rəhim Bayramlı Fondun gələcəyi ilə bağlı fikirlərini bölüşüb: “SABAH.fund” qlobal ambisiyaları olan şirkətləri dəstəkləməyə sadiqdir. Məqsədimiz Qafqaz, Orta Asiya və “MENA” regionlarında texnologiya və təhsil üçün innovasiya körpüləri qurmaqdır”. Abbas Kazmi isə qeyd edib ki: “SABAH.fund” investorlar üçün həm yüksək maliyyə gəlirləri əldə etməyi, həm də əhəmiyyətli tarixi dəyişikliklərə səbəb olmağı hədəfləyir”.
“SABAH.HUB” İnnovasiya Mərkəzi üçillik fəaliyyət dövründə yüzlərlə startapın inkişafına dəstək olub və minlərlə şəxsin innovasiya ekosistemi haqqında məlumatlanmasını təmin edib. “SABAH.HUB”ın əsas missiyası, vençur kapitalı və insan kapitalının inkişafı vasitəsilə startap ekosistemini böyütməkdir. “SABAH.fund”ın istifadəyə verilməsi isə innovativ həlləri tam şəkildə dəstəkləməyə hazır olduğumuzu göstərir.
Daha ətraflı məlumat üçün: sabahhub.com/fund






















































