Xəbər Lenti
Dünən, 12:28
Lənkəran ŞİH başçısı yanında payız-qış mövsümünə hazırlıqla bağlı aparat müşavirəsi keçirilib
11-09-2026, 20:14
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
11-09-2026, 15:35
350 min manatı şəxsi məqsədləri üçün xərcləyib - “Azərişıq” ASC-nin adı MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
11-09-2026, 12:29
Taleh Qaraşov Xanbulan, Sərinbulaq, Bürcəli, Daştatük, Aşağı Apu və Rəzvan kəndlərinin sakinlərinin qayğı və problemlərini dinləyib
11-09-2026, 11:03
Fatma Yıldırım:Bakı İqlim Həftəsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunun davamıdır
9-09-2026, 20:11
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
Mikoyanla birgə Bakıya gələn, Beriyanın öldürtdüyü, ÇEKA-nın ilk rəhbəri Baba Əliyev (VİDEO)
Baba Əliyoldaş oğlu Əliyev 1877-ci ildə Mərdəkanda kasıb bir ailədə anadan olub. Cəmi üç il mədrəsədə təhsil aldıqdan sonra Bakının neft mədənlərində işləməyə başlayıb.
Baba Əliyevin sol əli altıbarmaqlı olduğundan, ona "Altıbarmaq Baba" ləqəbi verilib. Kənd əhalisi arasında onun bir vaxtlar qoçuluq etdiyi barədə də söhbətlər dolaşır. Bu ləqəbin məhz bu dövrdən qaldığı deyilir.
Yazıçı Manaf Süleymanov "Son bahara çatdıq" əsərində onun haqqında belə yazırdı: "Azərbaycanda ÇEKA-nın ilk sədri "Altıbarmaq Baba" təyin edilmişdi. Vur-tut, üç-dörd illik təhsili var idi. Rəhmsiz olduğunu çoxları bilirdi. Azarkeş qumarbaz idi".
Baba Əliyev 1918-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulması üçün mübarizəyə qoşulur və digər azərbaycanlı bolşeviklərlə Həştərxana gedir. Burada "Hümmət" təşkilatının yerli bürosuna sədr seçilir.
1920-ci ilin aprelində Anastas Mikoyanla birlikdə XI ordunun önündə Bakıya gələn B. Əliyev, Bakıda bolşeviklərin hakimiyyətinin möhkəmlənməsinə yaxından kömək edir. Bu səbəbdən hökumət onu 1920-ci ilin iyun ayında Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri təyin edir.
1920-ci ilin 15 oktyabrında B. Əliyev sədr vəzifəsindən azad edilərək birinci müavin vəzifəsinə təyin edilir.
1937-ci ildə həbs edilənə qədər müxtəlif illərdə İnqilab Tribunasının sədri, Yol-İnşaat Komitəsinin və Azərbaycan Aypara Cəmiyyəti Mərkəzi Komitəsinin sədri vəzifələrində işləyib.
Baba Əliyevin ölümü ilə bağlı müxtəlif versiyalar mövcuddur. Onun ölümündə Mircəfər Bağırovun və Beriyanın əlinin olduğu da deyilir.
Daha ətraflı Baku TV-nin süjetində:
























































