Xəbər Lenti
Bugün, 11:52
Türkiyə Şimali Kiprə 6 F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirdi
7-03-2026, 22:29
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib
7-03-2026, 22:17
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmovdan 8 Mart – Beynəlxalq Qadınlar Günü Təbriki
7-03-2026, 22:13
Azərbaycanın ilk poliqrafçı alimi Şəddad Cəfərovdan 8 Mart – Beynəlxalq Qadınlar Günü Təbriki
7-03-2026, 22:02
Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevdən 8 Mart – Beynəlxalq Qadınlar Günü Təbriki
7-03-2026, 21:28
Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən Zərniyar Kərimova – 8 Mart münasibətilə təbrik
7-03-2026, 13:28
Oğlunu Azərbaycana sürgün edən amansız Hörmüz - İndi dünyanın ürəyi orada döyünür...
7-03-2026, 12:57
Uşaq bağçasında zorakılıq iddiaları – “Kids Era” bağçasında baş verənlər ciddi araşdırılmalıdır
7-03-2026, 11:42
“Xəbər tutdum ki, belə bir hadisə olub, dərhal nazirə zəng etdim” - Müctəba Dərmiçilu
6-03-2026, 20:32
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov Hafiz Paşayevi təbrik etdi
ABŞ hərbçiləri İrəvanda nə axtarır? (ŞƏRH)
"İnformasiya həqiqəti əks etdirirsə, bu olay ölkəmizin təhlükəsizliyini təhdid edən hadisədir və Azərbaycan ABŞ səfirliyinə nota verib, bəzi suallara cavab istəməlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında bunu politoloq Natiq Miri ABŞ Hərbi Hava Qüvvələrinin iki təyyarəsinin İrəvanın "Zvartnots" hava limanına enməsi xəbərini şərh edərkən deyib.
Eyni zamanda, politoloq deyir ki, Ermənistana ABŞ əsgərlərinin gəlməsi xəbərinə Rusiyadan adekvat reaksiya yoxdursa, məsələ düşündürücüdür:
"Öncə yayılan görüntülərin həqiqəti nə qədər əks etdirdiyini ortaya qoymaq lazımdır. Bunun üçün konkret kəşfiyyat məlumatları olmalıdır. Belə bir şey varsa, ciddi şəkildə bəyan olunmalı və dövlət səviyyəsində təsdiq olunmalıdır. Maraqlısı odur ki, belə bir kəşfiyyat məlumatı əldə etmişiksə, İran və Rusiya da belə bir məlumata malik olmalıdır. Çünki Rusiyanın casus şəbəkəsi Ermənistanda ciddi şəkildə fəaliyyətdədir. Ermənistana ABŞ-dan əsgər kontingenti göndərilibsə, əminəm ki, Rusiya xüsusi xidmət orqanlarının bu barədə daha səhih məlumatları var. Bu fonda ona adekvat reaksiyanın Rusiyadan gəlməməsi bir qədər düşündürücüdür. Qeyri-ciddi görüntü yaratmaq lazım deyil".

Həmsöhbətimizin fikrincə, məlumat həqiqətə söykənirsə, bu Vaşinqtonun Zəngəzur dəhlizini öz nəzarətinə almaq niyyətindən xəbər verir:
"Deməli, ABŞ Zəngəzur dəhlizini sadəcə üçüncü bir beynəlxalq təşkilat vasitəsilə nəzarətə götürmək istəmir, eyni zamanda, bilavasitə hərbi cəhətdən dəhlizi tamamilə öz nəzarətinə almaq istəyir. Digər tərəfdən, rus əsgərlərindən Zəngəzurda boşaldılan ərazilərə ABŞ əsgərlərinin gəlməsilə artıq mahiyyət dəyişir. Bu o deməkdir ki, Rusiya əvəzinə həmin ərazilərdə ABŞ əsgərləri yerləşdirilir. Azərbaycan Ermənistan sərhədində rus əsgərləri yoxdur. Qarşılıqlı razılaşma ilə rus əsgərləri bu ərazilərdən çıxarılıb. Onların əvəzinə ABŞ əsgərləri gəlirsə, demək ki, bu ərazilərdə yerləşdirilməsi ehtimalı var".
Ekspert qeyd edib ki, gələn hərbi təyyarələrdə xüsusi silahlar varsa və ABŞ əsgərlərinin təlimçi olaraq iştirakı ilə onlardan Azərbaycana qarşı təxribatlarda istifadə olunubsa, bu gələcək perspektivdə yeni təxribatların baş verməsi, yönləndirilməsi və idarə olunması deməkdir:
"Belədirsə, bu ölkəmizin təhlükəsizliyini təhdid edən hadisədir və Azərbaycan ABŞ səfirliyinə nota verib, bəzi suallara cavab istəməlidir. Belə vəziyyət isə digər regional dövlətlərin də ciddi reaksiyasına səbəb olacaq. Ermənistan siyasətini bu istiqamətdə davam etdirərsə, nəticə etibarı ilə regionda İrəvan əleyhinə onun iştirak etmədiyi yeni konfiqurasiya formalaşa bilər".
Qeyd edək ki, avqustun 2-i və 3-də ABŞ Hərbi Hava Qüvvələrinin iki təyyarəsi İrəvanın "Zvartnots" hava limanına enib. Bu barədə avqustun əvvəllərində "Caliber" eksklüziv məlumat yayıb.
"YouTube" kanalında yayımlanan süjetdə isə həmin təyyarələrin görüntüləri əks olunub. Bildirilib ki, "Boing C17" təyyarələri hərbi yüklə yanaşı Ermənistana ABŞ ordusunun şəxsi heyətini də gətirib. Hərbçilərin çoxu ABŞ Silahlı Qüvvələrində xidmət edən erməni əsilli şəxslərdir. Diqqəti cəlb etməmək üçün onlar Ermənistan ordusunun geyimləri ilə təchiz olunublar.
Rüfət Sultan























































