Menu
Xəbər Lenti
Azərbaycana payız gəlir
18-09-2024, 07:55

Azərbaycana payız gəlir

Ronaldoya yeni baş məşqçi
18-09-2024, 07:02

Ronaldoya yeni baş məşqçi

Milli maraqlar uğrunda
17-09-2024, 17:28

Milli maraqlar uğrunda

08 Ağu 16:23Manşet / Gündəm / Mədəniyyət

AZƏRBAYCANIN MUSIQI DÜNYASI – EYYUB YAQUBOV

 

Azərbaycançılıq ideyaları Azərbaycan professional musiqisini kralı, özünəməxsus janrı olan Eyyub Yaqubov musiqimizə yeni tərz gətirməklə yanaşı, xalqın ürəyinə yol tapdı. Eyyun Yaqubov professional musiqi ilə yanaşı Azərbaycan və dünya musiqisini fəlsəfi yönümündə daha yüksək səviyyədə bilir. Eyyun Yaqubov lazım gəldikdə muğam oxuyur, lazım olanda şanson mahnıları ifa edir.


Musiqi beşiyimiz Qarabağda igidlərin süngü bıçaqla dastan yazdığı müqəddəs Şuşamız isə musiqi konservatoriyamızdır. Bura Azərbaycan musiqisinin ölməz korifeylərindən olan dahi Üzeyir bəyin doğulub böyüdüyü, musiqi tariximizdə əbədiləşən əsərlərini yazdığı ana yurdudur. Şuşa - Xan qızı Nətavanın, Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsnünün, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Zülfi Adıgözəlovun, Rəşid Behbudovun, Zülfiqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Soltan Hacıbəyovun, Süleyman Ələsgərovun da vətənidir. Qarabağın, o cümlədən, Şuşanın dağlı-yamaclı, güllü-çicəkli, buz bulaqlı, dağ havalı təbiətindən ilham alan bu musiqiçilərimizin yaratdığı əsərlər dillər əzbəri olub, könüllər fəth edib. Eyyub Yaqubov Azərbaycan musiqisinin karifeylərindən bəhrələnib.


Eyyub Yaqubov xalq musiqimizin bütün sirlərini dərindən bilən öz üslubu ilə hamıdan fərqlənən, insanların qəlbinə yol tapan, mən deyərdim ki, dövlətini, xalqını, vətənini sevən vətənpərvər muğənnidir.  Bakı mühitində formalaşan, bu torpağın musiqi sənətinin yalnız yaradıcısı deyil, eyni zamanda daşıyıcısı və ötürücüsü də olan Eyyub Yaqubovun əsas qayəsi Bakı musiqi sərvətinin yaşaması və günümüzə qədər gəlib çatması olmuşdur. Ömrünün çoxunu musiqimizə həsr edən Eyyub Yaqubov bunu gələcək nəsillərə ötürmək üçün çalışan ən yaxşı xalq muğənnisi kimi şöhrət qazanıb. Hətta Eyyub Yaqubovu Azərbaycan musiqisinin canlı ensiklopediyası da adlandırmaq olar. Eyyub Yaqubovun səsinin rəngarəngliyi sanki insan qəlbinə bir rahatlıq gətirir. Ona görə də Eyyub Yaqubovu 7-dən 77-yə hamı çox sevir.


 

Onu da xüsusi qeyd etmək istəyirəm ki, Eyyub Yaqubov həmişə dövlətçiliyimizin mənafeyini öz şəxsi mənafeyindən üstün tutmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının daxili və xarici siyasətini dəstəkləyir və xüsusi əhəmiyyətli günlərdə öz vətəndaşlıq və vəzifə borcunu yüksək səviyyədə yerinə yetirir. Həmişə şəhid ailələri, Vətən müharibəsi əlilləri və kimsəsiz insanların yanında olub onlara maddi və mənəvi dəstək göstərmişdir.


44 günlük Vətən müharibəsində bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz yaddaşında, gündəlik həyatında qoruyub saxladığı bu dəyərlərdir. Qabiliyyətli İkinci Qarabağ  müharibəsi Vətən yolunda fədakarlığın təntənəsidir. Artıq böyük sevinc və coşqu ilə öz neçə illərdir həsrətini çəkdiyimiz doğma torpaqlarımızda qurbanlarımızı kəsib, bu müharibədə şəhid olanların ruhuna dualarımızı edəcəyik.


Biz də redaksiyamızın kollektivi adından Eyyub Yaqubovu, onun timsalında bütün xanəndələri, musiqi ustadlarını və mədəniyyət işçilərini uzun ömür, can-sağlığı, yaradıcılığınızda uğurlar arzulayırıq.


Vüqar Əsədov

AJB-nin üzvü