“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
“Nobel” laureatı Banqladeşdə müvəqqəti hökumətə rəhbərlik edəcək
Nobel mükafatçısı Məhəmməd Yunus Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Onun avqustun 5-i Baş nazir Şeyx Hasinanın hökumət əleyhinə etirazlar fonunda ölkədən qaçmasından sonra müvəqqəti hökumətə başçılıq edəcəyi bildirilir.
84 yaşlı banqladeşli bankir açıqlama verərək ölkəyə avqustun 8-i gələcəyini deyib və əlavə edib ki, keçid dövründən sonra hökumətdə qalmaq fikri yoxdur.
Qeyd edək ki, Şeyx Hasinanın istefasından az sonra bəzi banqladeşlilər dini azlıqlara, eləcə də sol mərkəzçi “Avami liq” partiyasının üzvlərinə və onların əmlakına hücum edərək vandalizm aktları törədiblər. Ölkədə davam edən iğtişaşlarda ən azı 60 nəfər həlak olub.
Xatırladaq ki, iqtisadçı və “kasıbların bankiri” kimi tanınan Məhəmməd Yunus mikrokredit bazarlarını inkişaf etdirdiyinə görə 2006-cı ildə Nobel Sülh Mükafatını alıb. Onun 1983-cü ildə təsis etdiyi “Grameen Bank” vasitəsilə yoxsullara mikrokredit verilir.
Azərbaycanda da bir neçə dəfə səfərdə olan professora bu ilin əvvəlində UNEC-də vəzifə verilmişdi. O, rektorun sosial biznes məsələləri üzrə müşaviri təyin olunub.























































