Menu
Xəbər Lenti
FHN təlim keçirdi - Video
21-11-2026, 12:03

FHN təlim keçirdi - Video

Prezident rəsmi qarşılandı
21-11-2026, 11:13

Prezident rəsmi qarşılandı

06 Avqust 2024 13:02Manşet / Dünya

Banqladeşdə hökumət rəsmiləri iş yerlərindən tələsik qaçırlar

 

Banqladeşin paytaxtındakı hökumət rəsmiləri iş yerlərini təlaş içində tərk etməyə başlayıblar.

“Qafqazinfo” “New Age” portalına istinadən xəbər verir ki, nazirliklərin əməkdaşları Dəkkədəki “Bangladesh Sachibalaya” hökumət məhəlləsindən tələsik qaçırlar.

Nəşrin məlumatına görə, bu, paytaxtdakı rəsmi binaların talan ediləcəyi və yandırılacağı barədə şayiələrin yayılmasından sonra başlayıb. İşçilər təhlükəsizliklərinə görə narahatdır.

Xatırladaq ki, avqustun 5-də Banqladeşin Baş naziri Şeyx Hasina etirazlar fonunda istefa verib. O, ölkəni tərk edərək Hindistana qaçıb.