Menu
Xəbər Lenti
NADİR MƏMMƏDLİ - 65
Bugün, 09:19

NADİR MƏMMƏDLİ - 65

Milli maraqlar uğrunda
17-09-2024, 17:28

Milli maraqlar uğrunda

07 Ağu 10:41Manşet / İqtisadiyyat

“Silk Way West Airlines” Azərbaycanda təhsilin inkişafına öz töhfəsini verir

 

Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yük aviaşirkəti olan “Silk Way West Airlines” Azərbaycanda təhsilin inkişafına mühüm töhfə verir. Aviaşirkət korporativ sosial məsuliyyət təşəbbüsləri çərçivəsində altı məktəbin tikintisi və təmirini maliyyələşdirməklə, 4500-dən çox şagirdin inkişafına dəstək verərək ölkənin milli təhsil infrastrukturunu təkmilləşdirir.

“Qafqazinfo” xəbər verir ki, “Silk Way Group”un prezidenti Zaur Axundov bildirib: "Təhsil firavan və davamlı gələcəyin təməlidir. Silk Way West Airlines olaraq biz cəmiyyətə töhfəmizi verməyə çalışırıq və Azərbaycanın təhsil sektorunu dəstəkləməkdən qürur duyuruq. Bu kimi təşəbbüslər sosial məsuliyyətə sarsılmaz sadiqliyimizi və təhsilə transformasiyaedici qüvvə kimi inamımızı vurğulayır."

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev təşəbbüsləri dəstəklədiyini bildirib: "Silk Way West Airlines ilə bu əməkdaşlıq dövlət və özəl sektorlar arasında güclü sinerji nümunəsidir. Ölkəmizin təhsil infrastrukturunu inkişaf etdirmək və gənclərimizi uğur qazanmaq üçün lazım olan alətlər və imkanlarla təchiz etmək çox vacibdir. Bu tərəfdaşlıq vasitəsilə biz təkcə infrastrukturu yaxşılaşdırmaqla kifayətlənmirik, həm də tələbələrimizin inkişaf edə biləcəyi mühit yaradırıq. Ən müasir imkanlar və resursları təmin etməklə biz gənclərimizin gələcəkdə  üzləşə biləcəyi çətinliklərə daha yaxşı hazır olmasını təmin edirik. Bu təşəbbüs, ictimai və özəl qurumların ortaq məqsəd üçün birlikdə çalışdıqda əldə edilə bilən müsbət nəticələrin sübutudur. Əminik ki, bu əməkdaşlıq gələcək layihələr üçün bir örnək olacaq, və təhsil sistemimizə əlavə investisiyaları təşviq edəcək.

“Silk Way West Airlines” şirkətinin resursları vasitəsilə cəmiyyətin mühüm təhsil ehtiyaclarının qarşılanması uğurlu dövlət-özəl tərəfdaşlıq nümunəsidir. Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq edərək “Silk Way West Airlines” ölkənin təhsil inkişafına təsirli töhfələr vermək üçün yüksək standart  müəyyən edir və birgə səylərin əhəmiyyətli dəyişikliklərə səbəb ola biləcəyini nümayiş etdirir.

“Silk Way Group” haqqında

“Silk Way Group” Azərbaycan iqtisadiyyatında önəmli rol oynayan dinamik inkişaf edən şirkətlər qrupudur. 2006-cı ildə Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan hava yük daşıma əməliyyatlarını idarə etmək üçün yaradılmışdır və hazırda hava yük daşımaları və təyyarələrə texniki xidmət göstərən üç şirkətdən ibarətdir: “Silk Way Airlines”, “Silk Way West Airlines” və “Silk Way Technics”.

“Silk Way West Airlines” haqqında

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir Boeing 777F, Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir.

Davamlılıq və səmərəlilik öhdəliyinə sadiq qalaraq, “Silk Way West Airlines” 2030-cu ilə qədər donanmasını dörd Boeing 777F, iki Boeing 777-8F və iki Airbus A350F daxil olmaqla müasir yük təyyarələri ilə yeniləməyi planlaşdırır və onların vasitəsilə qlobal logistika ehtiyaclarını uğurla qarşılayacaq.

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.

Təhsilin inkişafı fondu haqqında

Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2021-ci il tarixli 1399 nömrəli Fərmanı ilə yaradılmış Təhsilin İnkişafı Fondu dövlət təhsil siyasətini dəstəkləyir, təhsil mexanizmlərini inkişaf etdirir, dövlət təhsil müəssisələrinin infrastrukturunu və resurslarını müasirləşdirir. 2024-cü ildə fond, dövlət təhsil müəssisələrini müasir təhsil tələblərinə cavab verə bilmək üçün zəruri resurslar və infrastrukturla təmin etmək öhdəliyini vurğulayaraq, maddi infrastrukturun və texniki dəstəyin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.