“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Türkiyədə instaqrama giriş niyə bloklanıb?
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından Türkiyədə instaqrama giriş bloklanıb.
“Qafqazinfo”nun “Hürriyet”ə istinadən məlumatına görə, Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi bloklanmanın instaqramın qoyduğu qadağalar arasında yer alan kataloq cinayətləri (çoxsaylı cinayət paylaşımları – red.) ilə əlaqəli olduğunu açıqlayıb.
Məlumata görə, kataloq cinayətləri Türkiyədə 2005-ci il iyunun 1-dən qüvvədə olan Cinayət Prosessual Qanunu tərəfindən tənzimlənən cinayətlərdir və həbs üçün əsas hesab edilir.
Bundan başqa, bunun iyulun 31-i İranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin raket zərbəsi nəticəsində öldürülməsi fonunda edilən paylaşımlarla bağlı olduğu iddia edilir. Belə ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Haniyənin vəfatından sonra başsağlığı mesajı yayımlayıb və instaqram sözügedən paylaşımı silib. Daha sonra o, açıqlama yayaraq bildirib: “Heç bir səbəb göstərmədən Haniyənin vəfatı ilə bağlı başsağlığı mesajı göndərməsinə mane olan sosial media platforması instaqramı şiddətlə qınayıram. Bu, senzura üçün çox aydın və aşkar bir cəhddir”.
Qeyd edək ki, kataloq cinayətlərə qəsdən adam öldürmə, intihara təşviqetmə, miqrant qaçaqmalçılığı, uşaqların cinsi istismarı, işgəncə, dərmanların istifadəsini asanlaşdırmaq, düşmənlə əməkdaşlıq kimi maddələr daxildir.























































