Xəbər Lenti
Bugün, 14:23
Qərbi Kaspi Universitetində dövlət hesabına təhsil alan tələbələrdən ÖDƏNİŞ TƏLƏB OLUNUR
Bugün, 12:20
"Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" - MTK və vətəndaş arasında qalmaqal
Dünən, 15:03
Vəkillərə "Elektron Məhkəmə" informasiya sisteminin yeni versiyası ilə bağlı təlim keçiriləcək
Dünən, 12:48
Xəyalə İmanova: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizin ən ağrılı və unudulmaz səhifəsidir”
Dünən, 12:46
Günay Muradova: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü milli yaddaşımızın silinməz faciəsidir”
Dünən, 11:20
ATİAHİ RK-nın sədri Araz Paşayev: “31 Mart – Azərbaycan xalqının qan yaddaşı və tarixi ədalətin çağırışı”
Dünən, 10:58
İlqar Talıbov: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizin unudulmayan faciəsidir”
Dünən, 10:41
Əməkdar mədəniyyət işçisi, Ədalət Hacıyev: 31 Mart – Azərbaycanlıların Soyqırımı: Tarixin unudulmaz səhifəsi
Dünən, 10:40
Xeyriyyəçi xanım Zərniyar Kərimova: 31 Mart – xalqımızın qan yaddaşı və ədalətə çağırış günü
Dünən, 10:39
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov: 31 Mart – Xalqımızın qan yaddaşı və unudulmaz faciəsi
30-03-2026, 22:59
Taleh Məmmədov: 31 Mart – tariximizin unudulmaz faciəsi və milli yaddaşımızın sınağı
30-03-2026, 20:44
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov: “31 Mart – Azərbaycan xalqının qan yaddaşı və unudulmaz faciəsi”
30-03-2026, 20:39
“Kids Era” körpələr evi-uşaq bağçasının müdiri Sevda Quliyeva: “31 Mart – Azərbaycan xalqının qan yaddaşı və soyqırım faciəsi”
30-03-2026, 20:19
Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Emin Musayev: Peşəkarlığın və vətəndaş xidmətinin nümunəsi
30-03-2026, 12:34
İranla müharibə nəzarətdən çıxır? – Dünya iqtisadiyyatının tənəzzülü ilə bağlı SOS
30-03-2026, 10:43
Nərimanov Rayon MKTB-nin rəisi Manaf Manafov: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü. Tarixin qan yaddaşı və milli birliyin sarsılmaz ruhu”
III Dünya müharibəsinin ayaq səsləri... - Haniyənin ölümü nələri dəyişəcək?
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi bölgədə ciddi gərginliyə səbəb olub. Hadisə ilə bağlı HƏMAS bəyanat yayaraq hərəkatın Siyasi Bürosunun rəhbərinin İsrailin hücumu nəticəsində öldüyünü bildirib.
HƏMAS liderinin qətli irimiqyaslı savaşlara səbəb ola bilərmi?
Politoloq Azər Hüseynov Qaynarinfo-ya açıqlamasında bildirib ki, son dövrlər Yaxın Şərqlə bağlı olan proseslərin iplərini bir yerə yığmadan İsmail Haniyənin qətlinin pərdə arxasını anlamaq çətindir:
"Məlumdur ki, HƏMAS hərbi və siyasi qanadlardan ibarətdir. HƏMAS Fələstin xalqının müəyyən bir hissəsinin ideoloji və siyasi fikirlərini təmsil edir. Fələstin dövlətinin yaranması ilə bağlı olaraq özünün baxış bucağı var. HƏMAS Fələstin məsələsini öz baxış bucağından həll etmək üçün zaman-zaman Türkiyə, İran və digər bölgə ölkələri ilə tərəfdaşlıq edir. Bir sıra ölkələr HƏMAS-ı terror təşkilatı kimi tanısa da, bölgənin əsas oyunçuları Türkiyə və İran HƏMAS-ı terror təşkilatı kimi tanımır. Ərdoğana görə HƏMAS Fələstin xalqının mücahidləridir".

Azər Hüseynov bildirib ki, HƏMAS daxilində mötədil və hərbçi qanadlar vardır:
"İsmail Haniyənin ofisinin son zamanlar yerini dəyişməsi onun arxasında təqibin olmasının göstəricisidir. Fələstin xalqı və onun oyunçuları çox gözəl bilir ki, səslənən ifadələrin emossionallığına baxmayaraq, istisnasız bütün bölgə dövlətləri bu məsələdə öz dövlət maraqlarından çıxış edirlər. Nə fələstinlilər, nə də onları təmsil edən oyunçular özlərindən başqa heç kimə sentemental güvənmirlər. İsmail Haniyənin ölümü bu fikrin fələstinlilər arasında da bir qədər də dərinləşməsinə səbəb olacaq. Netenyahu ABŞ-a gedir, orda onu ayaqda alqışlayırlar. Məsud Pezeşkian prezident seçilir, İranın Yaxın Şərq məsələsində siyasətinin dəyişməyəcəyini bəyan edir. Ərdoğan "ansızın gəliriz" mesajını verir. Daha sonra İranda prezidentin and içmə mərasimi keçirilir. Burada bölgənin siyasi lideləri və dövlət nümayəndələri bir araya gəlir. Yəni, təhlükəsizlik fəaliyyətlərinin tam üst səviyyədə olduğu bir vaxtda İsmail Haniyə vurulur. Bu heç də sadə məsələ deyildir.
Dünya siyasi liderlərinin bir yerdə cəmləşdiyi zamanda İsmail Haniyənin vurulması III Dünya müharibəsinin ayaq səsləridir. Türkiyə, İran və bəzi ərəb ölkələri arasında HƏMAS-ı öz siyasətinin bir elementi kimi görmək istəkləri də vardır. Bunlar dövlət siyasətinin tərkib hissəsidir. Buna görə Türkiyə mediasında bəzi ekspertlər İranı ittiham edir. İranda da yəqin ki, İsraili ittiham edəcəklər. İsrailin bəzi nazirləri "dünyanı təmizləyirik", deyirlər. Fələstinlilər isə bu "sahiblənmənin" ortasında əziyyət çəkirlər. Əslində, nə İran, nə Türkiyə, nə də digər oyunçular İsmail Haniyənin öldürülməsinin geniş rezonans doğurmasında maraqlı deyillər. Çünki bunun üçün arxa plan fəaliyyət sistemlərini hazırlamayıblar.
Dünya və region oyunçularının bir dərdi var: "Müharibə bizim sərhədlərimizə gəlməsin". Fələstinli oyunçular və eləcə də HƏMAS da bunu çox gözəl bilir. Fələstinlilər durumun dəyişmələrindən, dövlətlərarası maraqlar müharibəsindən öz varlıqlarının qorunması üçün istifadə etməyə çalışırlar. Bu arada isə Qəzza İsrail tərəfindən bombalanır. Uşaqlar və qadınlar ölürlər. Bir də əgər Türkiyə, İran və digər bölgə ölkələri bəyanatları aşmayan fəaliyyətlərdən o tərəfə gedə bilməsələr dünya yeni bir forma ilə qarşılaşacaqdır. Assimetrik oyunçular ittifaqı. Bu isə yeni dünya müharibəsi deməkdir".
Xatırladaq ki, HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb. Belə ki, bu gün səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Qeyd olunub ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb. Hadisə ilə bağlı araşdırma aparılır.
Hadisə ilə bağlı HƏMAS bəyanat yayaraq hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldüyünü bildirib.
Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.
Siyasət şöbəsi























































