Menu
Xəbər Lenti
Şanlı Zəfər salnaməsi
19-09-2026, 13:07

Şanlı Zəfər salnaməsi

Bizim Nizami müəllim...
18-09-2026, 14:32

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 10:27

DTX məlumat yaydı - Video

02 Avqust 2024 09:24Manşet / İdman

“Qarabağ” – “Ludoqorets” matçının biletləri satışa çıxarıldı

 

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları. 
Qeyd edək ki, Avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Ludoqorets" matçı saat 20:00-da başlayacaq.