31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
“Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Juninyo 24 ildən sonra...
“Qarabağ”ın hücumçusu Juninyo Olavio Azərbaycan klublarının heyətində Çempionlar Liqası (ÇL) oyununda het-trik edən ikinci futbolçu kimi tarixə düşüb.
“Qafqazinfo” xəbər verir ki, braziliyalı forvard 2-ci təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln”la görüşün birinci hissəsində rəqibi 3 dəfə mərkəzə dəvət edib.
Azərbaycanlı azarkeşlər düz 24 ildən sonra ilk dəfə ÇL matçında bir futbolçunun 3 qoluna seviniblər. Juninyoya qədər yalnız Badri Kvaratsxeliya het-trikə imza atmışdı. Vaxtilə millimizdə də çıxış etmiş gürcüstanlı sabiq forvard 2000-2001 mövsümündə turnirin I təsnifat mərhələsində “Şəmkir”in heyətində Latviya “Skonto”su ilə görüşün qəhrəmanı olmuşdu.
2000-ci il iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda Kvaratsxeliya 3, 90 və 100-cü dəqiqələrdə fərqlənib. Bu, “Şəmkir”in mərhələ adlamasına kömək etmişdi.























































