Xəbər Lenti
Dünən, 11:08
Xətai rayonunda "mygov" platformasının təşfiqinə dair maarifləndirmə tədbirləri davam edir
4-11-2026, 11:21
Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
4-11-2026, 11:06
Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
3-11-2026, 16:04
İSMAYIL ZALOVDAN SƏBİNƏ ƏLİYEVAYA TƏBRİK: İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ETİMAD VƏ MƏSULİYYƏTİN YENİ MƏRHƏLƏSİ!
3-11-2026, 09:41
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
2-11-2026, 10:49
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
14 Dekabr 2022 02:40İdman
Argentina millisi – dünya çempionatının ilk finalçısı
Futbol üzrə Argentina millisi Qətərdə keçirilən dünya çempionatının finalına yüksələn ilk komanda olub.
AZƏRTAC xəbər verir ki, komanda yarımfinal mərhələsində Xorvatiya yığması ilə qarşılaşıb. “Lusail” stadionunda oynanılan matçda hesabı 34-cü dəqiqədə Argentina millisinin hücumçusu Lionel Messi açıb. Penalti zərbəsini dəqiq yerinə yetirən forvard komandasını hesabda önə keçirib. Beş dəqiqə sonra argentinalı futbolçu Xulian Alvares fərqlənməklə rəqibi meydanın mərkəzinə dəvət edib. Görüşün birinci hissəsi Argentina millisinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
Argentina seçməsi ikinci hissədə də inamlı oyun nümayiş etdirib. Matçın 69-cu dəqiqəsində Lionel Messinin ötürməsini Xulian Alvares qolla tamamlayıb və dubla imza atıb. Bu, oyunda vurulan sonuncu qol olub.
Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən Argentina seçməsi mundialın finalına yüksəlib.
Komandanın həlledici oyunda rəqibi Mərakeş-Fransa qarşılaşmasının qalibi olacaq. Mərakeş-Fransa matçı dekabrın 14-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin