Xəbər Lenti
Dünən, 10:49
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
27-09-2026, 21:05
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
27-09-2026, 15:36
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
26-09-2026, 21:48
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
26-09-2026, 21:43
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
26-09-2026, 21:36
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
26-09-2026, 21:19
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
26-09-2026, 21:01
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
26-09-2026, 20:56
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
26-09-2026, 19:43
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
26-09-2026, 19:22
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
26-09-2026, 16:54
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
26-09-2026, 15:11
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Zaxarovanın təklifinə Azərbaycan və Ermənistan nə cavab verəcək? (ŞƏRH)
"Danışıqlar üçün Rusiyanın yenidən öz vasitəçiliyi və xidmətlərini təklif etməsi əhəmiyyətsizdir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Moskvanın Azərbaycan və Ermənistan nümayəndələri arasında danışıqlar üçün öz platformasını təqdim etməyə hazır olduğu barədə səsləndirdiyi fikirləri şərh edərkən deyib.
"Rusiya yenidən öz vasitəçiliyi və xidmətlərini təklif etmir. Bu istək, israr həmişə olub. Azərbaycanla Ermənistan artıq dəfələrlə sübuta yetiriblər ki, aralarında ikitərəfli formatda danışıqlar gedir. Razılıqlar da yalnız bu formatda əldə edilir. ABŞ, Fransa, Avropa, Rusiya bütün cəhdlərlə çalışırlar ki, prosesdə vasitəçi olsunlar. Ya da heç olmasa orada iştirak etməklə özləri üçün nəsə qopara bilsinlər. Amma alınmır. Bəzən razılaşırlar, tərəfləri görüşdürür və danışırlar. Amma nəticə vermədən aralanırlar", deyə Zərdüşt Əlizadə bildirib.

Politoloq qeyd edib ki, nəticə Armen Qriqoryanla Şahin Mustafayevin danışıqlarında əldə edilir:
"Odur ki, danışıqlar üçün Rusiyanın yenidən öz vasitəçiliyi və xidmətlərini təklif etməsi əhəmiyyətsizdir. Azərbaycan Rusiyanın təklifinə hazır olduğunu bildirib. Ermənistan isə buna etiraz edir. Hər halda indiki mərhələdə bəlli oldu ki, Azərbaycanla Ermənistan 2027-ci ilə qədər sülh müqaviləsi imzalamayacaq. Amma razılaşmalar yolu ilə getməkdə davam edəcəklər və sülh müqaviləsi olmadan hansısa nəticələr əldə edəcəklər".
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Moskvanın Azərbaycan və Ermənistan nümayəndələri arasında danışıqlar üçün öz platformasını təqdim etməyə və onlar üçün ən rahat şərait yaratmağa hazır olduğunu bildirib. O, Azərbaycan liderinin Ermənistanla sülh müqaviləsi ilə bağlı bəyanatlarını şərh edərkən deyib ki, Rusiya hələ 2022-ci ildə davamlı və uzunmüddətli sülhə nail olmaq üçün ölkələr arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyini vurğulayıb. Diplomat qeyd edib ki, Moskva hər iki nümayəndə heyətinin üstünlük verdiyi ikitərəfli formatda işləməsi üçün ən rahat şəraitin yaradılmasına zəmanət verir.
Bu arada Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə də məsələyə münasibət bildirərkən deyib ki, Azərbayca Ermənistanla Rusiya və digər məkanlarda danışıqlar aparmağa həmişə hazır olub.
Rüfət Sultan























































