Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
Sinəsini düşmən gülləsinə sipər edən şəhid qəhrəman Vidadi Nizami oğlu Zalov əbədiləşən xatirəsinə...
ATA TV Milli Mətbuat Günü ilə əlaqədar tədbir təşkil edib
ATATV. AZ xəbər saytı xəbər verir ki, 22 iyul mətbuat günü ilə əlaqədar təşkil edilən tədbir "Azərnəşriyyat"da keçirilib. Tədbirdə bir sıra tanınmış jurnalistlər, publisist və ziyalılar iştirak edib. Tədbir şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Çıxış edən jurnalistlər milli mətbuatın yaradıcısı Həsən Bəy Zərdabinin keşməkeşli və şərəfli ömür yolundan, onun milli ictimaiətin inkişaf yolunda atdığı qürurlu addımlardan , maariflənmə tərəqqisində etdiyi ziyalı fədakarlığından bəhs edib. Xüsusilə Həsən Bəy Zərdabinin redaktorluğu ilə 1875-ci ilin 22 iyulunda nəşr etdiyi "Əkinçi" nin məqsəd və məramından geniş danışılıb. Tədbiri giriş sözü ilə açan "Tarixi Şəxsiyyətlər" jurnalının təsisçisi və baş redaktoru Xəlil Qarəhmədoğlu milli mətbuatın cəmiyyətin azad və firəvan yaşayışında, cəmiyyətin inkişafında xüsusi rol oynadığını qeyd edib. Bütün çətinliklərə və maneələrə rəğmən jurnalistika və mətbuatla məşğul olan bütün əzmkar jurnalistləri bayram münasibəti ilə təbrik edib. Ardınca çıxış edən ATATV. AZ xəbər portalının və İctimai Xəbər Agentliyinin rəhbəri Rasafil Bayramov, növbə ilə digər jurnalistlər Əlivahid Çaylı, Abil İslam, Mələykə Göyçəli, Lətifə Mustafayeva, Rauf İlyasoğlu, Xuraman Quliyeva, Fərman Cəbrayılov və digər jurnalist və ziyalılar çıxış edib, azad və maarifpərvər medianın əhəmiyyətindən, ona qarşı məmur özbaşınalığından danışıblar. Tədbiri təşkil edən jurnalist Rasafil Bayramov mətbuatın bugününə işıq salıb, çətinliklərə rəğmən jurnalistika ilə məşğul olmağın böyük üstünlüklərindən və onun cəmiyyətə, dövlətçiliyə verdiyi töhfələrdən bəhs edib.
Zərdabi dili ilə desək hər bir çıxışçı "hər bir vilayətin gərək ki, var olsun mediası. Çünki bu media mənsub olduğu ölkənin aynası rolunu oynayır. O vilayət və ölkənin insanları qarşılaşdığı problemləri aynada əks etdirməlidir, yəni qəzetdə işıqlandırmalıdır" ideyasına öz şərikliyini bildirdi. Sonda tədbir təşkilatçısı, jurnalist Rasafil Bayramov tərəfindən hər bir iştirakçıya "Fəxri Diplom" lar təqdim edilib, xatirə şəkli çəkdirilib.
Günel Sabirqızı
ATATV. AZ xəbər saytının xüsusi müxbiri



































































