“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
Prezidentin köməkçisi Azərbaycanın Ermənistana etdiyi təklifi açıqladı
İstənilən ölkənin konstitusiyasında digər dövlətin ərazisinə qarşı iddialar varsa, buna son qoyulmalıdır.
APA xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın mövqeyi bəllidir:
"Azərbaycan gözləyir ki, Ermənistan konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarına son qoysun. Biz başa düşürük ki, konstitusiya hər bir ölkənin daxili işidir. Amma konstitusiyada digər dövlətin ərazisinə qarşı iddialar varsa, bunlara son qoyulmalıdır və hüquqi çərçivə tam şəkildə ərazi iddialarına son qoyacaq formada olmalıdır ki, bunun əsasında biz irəli gedək. Azərbaycan təklif edib ki, Minsk qrupunun fəaliyyətinə xitam verilməsi üçün Ermənistan və Azərbaycan birgə ATƏT-ə müraciət etsinlər. Çünki artıq Minsk qrupu kimi təsisatın qalmasına da ehtiyac yoxdur. Əgər münaqişə yoxdursa, Minsk qrupunun olmasına nə əsas var? Bu xüsusda Azərbaycan Ermənistan tərəfinə təklif edib ki, müvəqqəti yanaşma olaraq biz iki ölkə arasındakı qonşuluq münasibətlərinin əsasını təşkil edə bilən əsas prinsiplər məsələsində də razılığa gələ bilərik. Buna aralıq sülh müqaviləsi deməzdim. Nəzərə almaq lazımdır ki, 2021-ci ildə bütövlükdə sülh prosesinin əsasını təşkil edən prinsiplərin təşəbbüskarı da Azərbaycan tərəfi idi".























































