Xəbər Lenti
30-10-2026, 12:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Ziya Bünyadovun qatillərinin azadlığa buraxılmasına çalışanlar kimdir? - Həbs olunanlar var
Bakı şəhəri Səbail Rayon Məhkəməsində Azərbaycan Respublikasının vətəndaşı Bağırov Akif Əlimirzə oğlunun barəsində həbs qətimkan tədbiri seçilib.
Trend-in əldə etdiyi məlumata görə, işin hallarından görünür ki, akademik Ziya Bünyadovun qətlinə görə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Zeynalov Mahir Nurhüseyn oğlunun azadlığa buraxılmasına nail olmaq üçün xarici xüsusi xidmət orqanının tapşırığı ilə Bağırov Akif Əlimirzə oğluna külli miqdarda pul vəsaiti göndərilib.
Akif Bağırov bu istiqamətdə yollar axtarmaq üçün həmin vəsaitləri məsuliyyətə cəlb edilmiş digər Azərbaycan Respublikası vətəndaşına verib və bu vəsaitlər Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi çərçivəsində həyata keçirilmiş tədbirlər zamanı aşkar edilərək sübut qismində götürülüb.
Səbail Rayon Məhkəməsinin qərarı ilə Akif Bağırov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Redaksiyamız mövzunu diqqətdə saxlayır.























































